Bazar günü işləməyin 3 faydası | Banco.az

Bazar günü işləməyin 3 faydası

Business Insider portalının yazarı Şana Leboviç, iş prosesini iki hissəyə (“əsas fəaliyyət” və “ikinci dərəcəli”) ayıraraq, bu sadə üsulun faydaları haqqında danışıb.

Şana Leboviç:

Müəyyən bir müddət gördüyüm iş məni çox məyus edirdi. Ofisdən hər gün, yetəri qədər çalışmadığım hissi ilə ayrılırdım. Amma əslinə baxsaq, saatlar boyunca kompüter başında dayanmadan məqalə yazıb, elektron məktublara cavab verib, plan tərtibi ilə məşğul olurdum.

Bəzən isə təşviqatçılar, həmkarlar və digər insanlar ilə ünsiyyətdə olaraq, əsas fəaliyyətimə zaman ayıra bilmirdim. Onların müraciətlərinə cavab vermədiyim zamanlarda isə, narazıçılıqla üzləşirdim.

Həm mətn yazıb, həm də elektron məktublar arasında parçalanan anlarda isə, hər iki işi səhvlər ilə başa vururdum. Nəticə etibarı ilə bütün bunlar, iş fəalliyyətim zamanı məyus olmağıma zəmin yaradırdı.

Mən “əsas fəaliyyət” və “ikinci dərəcəli” işlər arasında düzgün balans qoruya bilmədiyimə görə, uğursuzluqlara məruz qalırdım.

Həmçinin oxu: Uğurlu insanlar həftəsonunu necə keçirir - 6 fəaliyyət

“Əsas fəaliyyət” terminini vaxtın idarəedilməsi üzrə ekspert olan Lora Vandermak kəşf edib. Lora sizin və işçisi olduğunuz şirkətin hədəflərinə nail olmaq üçün tərtib olunan, böyük layihələrin uğurunu məhz bu terminlə əlaqələndirir. Vanderkam qeyd edir ki, “əsas fəaliyyət”  sizi bu işə gəlməyə vadar edən səbəbdir.

“ikinci dərəcəli iş” isə mənim şəxsi terminim olub: elektron poçt vasitəsi ilə yazışmalar, telefon zənglərinin və görüləcək işlərin tərtib edilməsinə aiddir. İkinci dərəcəli işlər qəlibindən olan funksiyaları, əslində hər bir müasir mütəxəssis bilməli və tətbiq etməlidir. Amma bu növ fəaliyyət çox nadir hallarda hiss edilə bilən nəticələrə vara bilir.

Deməzdim ki, bu problemi mən kökündən həll etdim. Amma iş günü saatlarımı, faydalı şəkildə istifadə etmənin prinsipini anladım. Artıq “ikinci dərəcəli iş”  ilə bazar günü bir neçə saat, “əsas fəalliyyət” ilə isə həftə içi məşğul oluram.

Qeyd etmək istərdim ki, mən heçdə “işqolik” biri deyiləm, amma bu üsulu tətbiq etdiyim andan- ofisi, gördüyüm işdən məmnunluq hissi alaraq, tərk edirəm.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Uğurlu insanların həftə sonu vərdişləri

İlk əvvəldə, bazar günü görəcəyim işləri üç hissəyə ayırıram.

1. Elekton yazışmalar

Tez-tez elektron məktubları yoxlayaraq, gün ərzində təcili surətdə cavab verməli olduğumlarımı dərhal cavablandırıram.

Məsələn: Təşviqat üzrə agent müəyyən bir məsələ ilə bağlı, təcili olaraq cavaba ehtiyac olmayan məktub göndərib, bu qəlibdən olan müraciətləri bazar günü cavablandırmaq mümkündür.

Bu zaman, Gmail Boomerang plaginindən, bazar günü cavablandırılan məktubların, həftənin bazar ertəsi günü göndərilməsi üçün istifadə etmək, tam yerinə düşər. Çünki, heç kəsi istirahət günü, iş məsələləri ilə yormaq kimi niyyətim yoxdur. Komanda daxilində yazışmalar üçün isə Slack messencerindən istifadə edərək, həftə içi mütəmadi olaraq, birlikdə çalışdığım redaktor və əməkdaşların sorğularını cavablandırıram.

2. Beyin fırtınası

Əgər iş həftəsi ərzində, maraqlı bir fikir ağlıma gəlirsə, onu ətraflı şəkildə düşünməyi bazar gününə saxlayıram. Eyni ilə redaktorum da, hər hansı ideyanın üzərində mənim də, çalışmağımı istədiyi zaman, zamanlama məhz bazar gününə təsadüf edir. Bəzən ofis divarları xaricində, insan daha yaradıcı fikirlərə imza atmağı bacarır.

3. Siyahıların tərtibi

Hər bazar günü, iki əsas siyahı tərtib edirəm:

1. Məqalələr – hansı ki, onları həftə ərzində yazmalıyam, və

2. Redaktor ilə, həftəlik planlaşdırma zamanı yer alacaq məsələlərin müzakirəsi ilə bağlı siyahı.

Bu tip işlər əslində vacibli olub, xüsusi vaxt və ağıl imkanlarından istifadəni tələb etməsələr də, bazar ertəsi gününün səhəri üçün “artıq”  enerji sərfiyyatına çevrilə bilirlər.

Öz növbəmdə qeyd etmək istərdim ki, vaxtın səmərəli istifadəsi məsələsində mütəxəssis deyiləm, amma məsləhət verə bilsəydim: İlk olaraq, hansı mühitdə daha məhsuldar nəticəni əldə etməyiniz ilə maraqlanardım. Çünki, məhz bu zaman görəcəyiniz işləri daha düzgün şəkildə planlaşdıraraq məhsuldar nəticə əldə etmək imkanınız olacaq. 

Günel Gözəlova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et