Bankomatlardan yalnız manatın çxıarılması arzuolunan deyil | Banco.az

Bankomatlardan yalnız manatın çxıarılması arzuolunan deyil

Təxmini rəqəmlərə görə, ölkəmizdə dövriyyənin 4%-i nağdsız ödənişlərlə həyata keçirilir. Rəqəmin kiçikliyi onu göstərir ki, pos-terminallardan istifadə edənlərin sayı çox azdır. Bundan istifadə edənlərin içərisində isə xarici vətəndaşlar xüsusi paya malikdirlər. Bu baxımdan hazırda bankomatlardan manatla yanaşı, avro və dollar da çəkmək mümkündür. Hansı ki, bir neçə il əvvəl bankomatlara xarici valyutalardan yalnız ABŞ dolları yerləşdirilirdi. Ancaq "bankomat siyasəti” ABŞ və Avropa ölkələrində bir az fərqlidir. Belə ki, həmin ölkələrdə bankomatlardan ancaq milli valyuta çıxır. Yəni Avropada bankomatlardan yalnız avro, ABŞ-da isə yalnız dollar çıxarmaq mümkündür. İndi analoji təcrübəni Ukrayna da tətbiq etməyə hazırlaşır. Azərbaycanda bənzər siyasətin həyata keçrilməsinə gəlincə, məsələyə ekspert baxışları fərqlidir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, Azərbaycanda bankomtlardan vəsaitlərin çəkilməsini inkişaf etmiş ölkələrlə müqayisə etmək olmaz: "Həmin ölkələrdə bankomtlardan ancaq öz valyutalarının çıxarılması praktiki olaraq məntiqidir. Söhbət inkişaf etmiş ölkələrdən gedir. Dünya ehtiyatlarının 62%-i dollarla saxlanılır. Yəni, söhbət həmin valyutaya malik olan ölkədə bankomatların valyuta siyasətində gedir. Azərbaycanı ABŞ və ya Almaniya ilə müqayisə etmək doğru olmazdı. Onu da nəzərə alaq ki, Avrozonaya üzv olmayan ölkələrdə yalnız milli yox, digər valyutaları da bankomatlardan çəkmək mümkündür. Azərbaycan inkişaf etməkdə olan, orta gəlirli ölkədir. Azərbaycan gələcəkdə inkişaf etmiş ölkə olduqda belə, bankomatlardan yalnız manatın çxıarılması arzuolunan deyil. Hətta ABŞ-da valyutadəyişmə məntəqələri demək olar ki, yoxdur. Bu, o anlama gəlmir ki, Azərbaycanda da valyutadəyişmə məntəqələri olmamalıdır. Praktiki olaraq, ABŞ-da bütün dövriyyənin təxminən 93%-i nağdsız dövriyyədir. Nağdsız dövriyyə üçün də valyuta önəmli deyil. Plastik kart vasitəsi ilə ödəniş mümkündür. Yəni, nağdsız dövriyyə praktik olaraq bankomatlara və valyutadəyişmə mənqələrinə ehtiyac yaratmır”.

Ən sərfəli kredit üçün müraciət et

Ekspertin fikrincə, Azərbaycanda bu praktika tətbiq olunsa, ziyanı ondan ibarətdir ki, bizə gələn əcnəbilərin bankomantlarla istifadəsində texniki problemlər yaranacaq: "Bu probemlem əcnəbilərin bankomatlarda öz valyutalarını çıxartması ilə bağlı olacaq. Baxmayaraq ki, Mərkəzi Bankın kursuna uyğun olaraq avrokartdan manat çıxartmaq mümkündür. Amma əcnəbilər avro və dollar çıxartmaqda maraqlı olduqları üçün bir texniki problem yaşancaq. İkinci problem odur ki, bununla manat bolluğu yarana bilər. Artıq hamı plastik kartında pulunu manatla saxlamağa məcbur olacaq. Bu da valyutanın manata təzyiqini artıracaq. Odur ki, milli valyutaya təzyiqin artırılması baxımından arzuolunan deyil. Digər neqativ tərəfi odur ki, avro-dollar dövriyyəsinin və transferlərinin müəyyən qədər azalmasına gətirib çıxaracaq. Bu da Azərbaycan iqtisadiyyatına hiss ediləcək qədər təsir göstərə bilər. Çünki, azərbaycanlı iş adamlarının böyük qismi dollar və avrodan istifadə edirlər. Həmçinin, nəzərə alaq ki, manat ölkə daxilində istifadə olunur, qlobal valyuta deyil. Ona görə də ABŞ və Avropadakı təcrübəsini tətbiq edə bilmərik”.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı Ruslan Atakişiyev da eyni qənaətdədir: "Azərbaycanda bu kimi xidmətlər hələ yeni-yeni yaranmaqdadır. Hətta əksər bankomatlarda bu məsələlər öz həllini tapmayıb. Ona görə Azərbaycanda xarici turistlərin cəlb olunması baxımından Türkiyə təcrübəsinin tətbiqi daha yaxşı olardı. Türkiyədə şəxs kartı bankomata daxil edən zaman lirə ilə yanaşı, digər valyutalarla da pul çıxara bilir”.

movqe.az

Ən sərfəli krediti almaq üçün müraciət et