Bankların xalis faiz mənfəəti kəskin artıb | Banco.az

Bankların xalis faiz mənfəəti kəskin artıb

Banco.az Mərkəzi Banka istinadən, Noyabrın birinə olan bəzi statistik rəqəmlərə aydınlıq gətirir.

 Noyabr ayının 1-nə olan məlumata əsasən 2 bankın məcmu kapitalı 10 mln-dan azdır. Onlardan birinin məcmu kapitalı 3,5-5 mln, digərininki isə 3,5- 5 mln arasında dəyişir.

Mənfəətlə çalışan bankların sayı 38, zərərdə olan bankların sayı isə 6 olmuşdur.  Banklar tərəfindən əldə edilmiş yekun mənfəətin həcmi isə 361,37 mln manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Həmin dövr ərzində bankların xalis faiz mənfəətinin həcmi 1053,44 mln manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xalis faiz mənfəətinin həcmi 57% (382,79 mln manat), faiz gəlirlərinin miqdarı isə 38% (516,96 mln manat), faiz xərclərinin miqdarı isə 19,8% (134,17 mln manat) artmışdır.

Ətraflı şəkildə diaqramda izləyə bilərsiniz

 

Ən sərfəli krediti almaq üçün müraciət et