Bankların sayı nə qədər az olarsa... | Banco.az

Bankların sayı nə qədər az olarsa...

Azərbaycan iqtisadiyyatı üçün 20-25-dək bank kifayət edir. Bunu  "Unibank" ASC-nin icraçı direktoru Cəlal Qasımov deyib. Onun sözlərinə görə, Azərbaycan iqtisadi cəhətdən güclü, ərazi baxımdan isə kiçikdir, buna görə də bu qədər sayda bank ölkənin bank sektoru üçün kifayətdir.

C.Qasımov Azərbaycan Mərkəzi Bankının (AMB) kapitalın minimum həcmi ilə bağlı tələbini (50 milyon dollar manat səviyyəsində) məqsədəuyğun hesab edir: "Minimum tələbin artırılması ona görə lazımdır ki, banklar daha da böyüsün. Digər tərəfdən, banklarda kapitallaşma ilə bağlı vəziyyətin qiymətləndirilməsinin nəticələri üzrə ilin sonuna bazarda nə qədər oyunçunun qalacağı və neçəsinin qeyri-bank kredit təşkilatına çevriləcəyi məlum olacaq".

O qeyd edib ki, ölkədə nə qədər çox iri bank fəaliyyət göstərirsə, ümumilikdə bankların sayı bir o qədər az olur: "Demirəm ki, bizə beş bank lazımdır, lakin banklar nə qədər az olarsa, onları idarə edəcək bir o qədər top-menecer tələb olunur. Top-menecerlər istənilən inkişaf etməkdə olan ölkə üçün məhdud resursdur. Müvafiq olaraq, bankların sayı az olarsa, onları keyfiyyətli səviyyədə idarə etmək üçün həmin kadrlar bizə kifayət edəcək".

Ən sərfəli kredit üçün müraciət et

C.Qasımov əlavə edib ki, banklar nə qədər böyük olarsa, onlar fəaliyyətlərində ardıcıl olacaqlar: "İri bank hər hansı gözlənilməyən vəziyyət halında əhalinin depozitlərini qoruya biləcək. Bundan başqa, bankların sayı nə qədər az olarsa, bu, ümumilikdə bank sektorunun inkişafı baxımından bir o qədər müsbət haldır".

Qeyd edək ki, Azərbaycanda 44 bank fəaliyyət göstərir.

trend.az 

Ən sərfəli krediti almaq üçün müraciət et