Bankların mənfəəti 109 milyon manatdan çox artıb | Banco.az

Bankların mənfəəti 109 milyon manatdan çox artıb

Maliyyə Bazarlarına Nəzarət Palatasının bank icmalındakı məlumata əsasən, 30 aprel 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 769,1 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 349,3 milyon manat təşkil edib. Sektorun balans kapitalı 4 milyard 419,8 milyon manat olub.

Aprel ayına sektorun aktivlərinin 42,6 faizini kredit portfeli təşkil edib. Ay ərzində xalis kredit portfeli 0,3 faiz və ya 30,3 milyon manat artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 12 milyard 674,8 milyon manat təşkil edib. Ay ərzində milli valyutada kreditlər üzrə artım olub. Belə ki, ay ərzində milli valyutada kreditlər 1,4 faiz və ya 110,9 milyon manat artaraq 8 milyard 93,9 milyon manata çatıb.

2019-cu ilin aprel ayında fiziki şəxslərin əmanətləri 4,5 faiz artaraq 8 milyard 625,2 milyon manat təşkil edib. Ay ərzində fiziki şəxslərin depozit portfelinin artımı müddətli və tələbli əmanətlər hesabına mümkün olub. Aprel ayı ərzində fiziki şəxslərin tələbli əmanətləri 13,2 faiz və ya 367,8 milyon manat artaraq 3 milyard 155,5 milyon manat, müddətli əmanətlər isə 0,1 faiz və ya 3,9 milyon manat artaraq 5 milyard 469,7 milyon manat təşkil edib.

Hüquqi şəxslərin müddətli depozitləri ilin əvvəli ilə müqayisədə 19,2 faiz və ya 278 milyon manat artaraq 1 milyard 727,7 milyon manata çatıb. Hüquqi şəxslərin ümumi depozitləri isə ayın sonuna 10 milyard 176,4 milyon manat təşkil edib.
Bank sektorunun balans kapitalı aprel ayı ərzində 2,5 artaraq 4 milyard 419,8 milyon manata çatıb. Aprel ayında bankların əməliyyat mənfəəti 288,4 milyon manat, xalis mənfəəti isə 347,9 milyon manat təşkil edib. Qeyd edək ki, mart ayında həmin göstəricilər müvafiq olaraq 179,1 milyon manat və 123,9 milyon manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 14,8 faiz, kreditlər üzrə faiz gəlirləri isə 18,2 faiz artıb.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 512, şöbələrinin sayı 128, ATM-lərin sayı 2,544 olub. Bank sektorunun işçi heyətinin sayında artım aprel ayında da davam edib. Belə ki, 2019-cu ilin aprel ayında işçi sayı 1,3 faiz (233 nəfər) artaraq 17 min 982 nəfər təşkil edib.
Cədvəlləri burdan götürün.
https://www.fimsa.az/assets/upload/files/Aprel%202019.pdf

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et