Bankların mənfəət və zərər tendensiyası | Banco.az

Bankların mənfəət və zərər tendensiyası

2014-cü ilin II rübü üzrə 44 bankdan 8-i zərərlə işləmişdir. Ümumi zərər 32,57 mln AZN olmaqla, ötən ilin analoji rübü üzrə göstəricidən (5,75 mln AZN) 5,7 dəfə çoxdur. Buna baxmayaraq, bankların ümumi mənfəətində 60,03 mln manatlıq artım müşahidə olunmuşdur ki, bu da özünü yekun mənfəətin artmasında (200,72 mln) göstərmişdir. Onu da nəzərə almaq lazımdır ki, keçən illə müqayisədə bu il zərərlə işləyən bankların sayında kəskin artım müşahidə olunmuşdur. Cari ilin aprel ayında zərərlə işləyən bankların sayı 11-ə çatmışdır ki, bu da 2012-ci ilin yanvarından etibarən müşahidə olunmuş ən böyük göstəricidir. Lakin onu da qeyd etmək lazımdır ki, bu vaxta qədər orta hesabla ən çox zərərlə işləyən bank 2010-cu ildə (avqust, 18 bank) müşahidə olunmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Aşağıdakı cədvəldə 2013-cü il iyun və 2014-cü il iyun ayları üzrə mənfəət və zərər göstəriciləri müqayisə olunmuşdur. Bəzi banklar mütəmadi olaraq saytlarında maliyyə vəziyyətləri və mənfəət/zərər haqqında hesabatları dərc etmədikləri üçün məhz hansı bankların zərərlə işlədiklərinə dair məlumat əldə etmək mümkün olmadı. 

Dürdanə Alıyeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et