Bankların kapital adekvatlığı əmsalı - CƏDVƏL | Banco.az

Bankların kapital adekvatlığı əmsalı - CƏDVƏL

Kapital adekvatlığı əmsalı bankın məcmu kapitalının riskli aktivlərə nisbətindən ibarətdir. Bu, bankın risk ölçülü aktivlərə qarşı kapital dayanıqlılığını göstərir.

KAƏ (kapital adekvatlığı əmsalı) göstəricisinin aşağı olması bankın riskli aktivlərinin çox, kapital dayanıqlığının isə az olmasını göstərir. 

Belə ki, Mərkəzi Bankın kommersiya banklarına qoyduğu tələbdə kapital adekvatlığı əmsalı 12%-dən az olmamalı idi.

Lakin, "Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə BƏYANATI"nda kəmiyyət xarakterli requlyativ tələblər yüngülləşdirilmiş, kapital adekvatlığı əmsalı 10%-ə, leverec əmsalı 5%-ə endirilmişdir. 

Qeyd edək ki, kapital adekvatlığı əmsalının 10%-dən aşağı olması bankın müflisləşmə ehtimalını artırır.

Banco.az olaraq 2016-cı ilin dördüncü rüb göstəricilərinə əsasən bankların kapital adekvatlığı əmsalını müəyyən etdik və cədvəl şəklinə gətirdik:

Bank

Kapital adekvatığı əmsalı

AGBank

10,84%

Atabank

11,81%

Kapital Bank

13,43%

Nikoil Bank

14,35%

Bank Silk Way

14,65%

Yapı Kredi Bank Azərbaycan

14,69%

Muğanbank

15,66%

Bank Respublika

17,14%

ASB Bank

17,30%

Xalq Bank

17,48%

Azər Türk Bank

17,56%

Rabitəbank

19,30%

Paşa Bank

20,00%

Bank of Baku

23,73%

Bank BTB

33,16%

Expressbank

34,75%

NBC Bank

36,14%

VTB Bank Azərbaycan

39,08%

Ziraat Bankı

40,82%

Bank Avrasiya

52,80%

Ən sərfəli kredit üçün müraciət et

Cədvəldən gördüyünüz kimi, bankların hamısında kapital adekvatlığı əmsalı 10%-dən çoxdur. Bəzilərində bu göstərici 10%-ə yaxındır, bəzilərində isə daha yüksəkdir. Adekvatlıq əmsalı aşağı olan banklarda hər zaman iflas riski daha böyük olur. 

Ən sərfəli krediti almaq üçün müraciət et