Bankların əsas kapitalı olan I dərəcəli kapitalı nə qədər təşkil edir? - (2018, II rüb) | Banco.az

Bankların əsas kapitalı olan I dərəcəli kapitalı nə qədər təşkil edir? - (2018, II rüb)

Məcmu kapitalın strukturuna birinci (I) dərəcəli və ikinci (II) dərəcəli kapital daxildir. I dərəcəli kapital bankın əsas kapitalı hesab olunur və onun məbləği (aparılan “tutulmalardan” sonra) bankın hesablanmış məcmu kapitalında 50 faizdən az olmamalıdır

I dərəcəli kapitala aşağıdakı komponentlər daxil edilir: 

- dövriyyəyə buraxılıb tam ödənilmiş adi səhmlər (bankın geri aldığı adi səhmlər çıxılmaqla); 

- dövriyyəyə buraxılıb tam ödənilmiş qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər; 

-  kapital artıqlığı;

-  keçmiş illərin bölüşdürülməmiş xalis mənfəəti; 

- bankın konsolidasiya olunmuş törəmə cəmiyyətlərində azlıq təşkil edən səhmdarların (payçıların) kapitalı.

Bəs 2018-ci ilin ikinci rübündə bankların I dərəcəli kapitalı nə qədər təşkil edir?

Banklar

I dərəcəli kapital 

(min manatla)

Azərbaycan Beynəlxalq Bank

634 771

Paşa Bank

326 251

Xalq Bank

241 673

Kapital Bank

191 266

AzərTürkBank

187 621

Express Bank

136 801

AtaBank

134 879

Bank Silkway

104 132

Rabitəbank

79 113

ASB bank

79 013

Naxçıvan Bank

71 672

Muğan Bank

61 889

AFB bank

61 520

Ziraat Bank

61 109

YapıKrediBank

61 099

Günay Bank

58 926

Bank Avrasiya

57 300

Bank Melli İran

56 757

NBC Bank

54 329

TuranBank

53 811

Bank VTB

52 789

Bank BTB

52 082

Nikoil Bank

44 931

Unibank

41 461

AG Bank

34 304

Bank Respublika

28 358

Amrah Bank

17 381

Accessbank

14 048

Bank of Baku

13 213

Pakistan milli bankı

1 009

Ən sərfəli kredit üçün müraciət et

Xəzər Aslanov, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et