Bankların əhaliyə kredit verilişi bu il kəsin azaldı | Banco.az

Bankların əhaliyə kredit verilişi bu il kəsin azaldı

Azərbaycanda bütün maliyyə kredit təşkilatları tərəfindən ev təsərrüfatlarına verilən kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi 5 illik minimuma enib.

Bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Hesabata əsasən, bu kreditlərin cəmi kreditlərdə xüsusi çəkisi 2017-ci il fevralın 1-nə 34,8% (5 814,0 mln. manat) təşkil edib. Qeyd edək ki, bu göstərici 2012-ci ildə 35,3% (4 316,7 mln. manat), 2011-ci ildə 33,7% (3 315,0 mln. manat) olub, 2014-cu ildə isə 44%-ə (7 731,8 mln. manat) yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, cari il fevralın 1-nə cəmi kredit portfelinin həcmi 16 705,2 mln. manat təşkil edib, bunun da 9,8%-nin və ya 1 633,1 mln. manatının ödəniş vaxtı keçib.

©Report

Ən sərfəli krediti almaq üçün müraciət et