Bankların cəmi aktivləri nəyin hesabına artıb? | Banco.az

Bankların cəmi aktivləri nəyin hesabına artıb?

Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatsının açıqladığı aylıq hesabata görə, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri  ötən ilin 10 ayı ilə müqayisədə  12,8% (3 milyard 379 milyon manat) artaraq 31 oktyabr 2018-ci il tarixində 29 milyard 690.2 milyon manata çatıb. 31 Oktyabr 2017-ci il tarixində bankların cəmi aktivləri 26 milyard 311.6 milyon manat təşkil etmişdi.

Bəs artım nə ilə bağlıdır?

Rəqəmlərə nəzər saldıqda məlum olur ki, cari ilin 10 ayı ərzində ötən ilin 10 ayı ilə müqayisədə müştərilərə verilmiş kreditlər cüzi - 181,7 milyon manat və ya 1,5% artıb. Belə ki 31 oktyabr 2017-ci il tarixində 11 milyard 707.5 milyon manat təşkil etmiş kreditlər 31 Dekabr 2018-ci ildə 11 milyard 889.2 milyon manata yüksəlib.

Aktivlərin artmasına ən böyük töhfəni bankların qiymətli kağızlara investisiyaları və  depozitlərin artması verib.

Belə ki, bankların qiymətli kağızlara investisiyaları 2,3 dəfə və ya 2 milyard 11 milyon manat artaraq 3 milyard 579 milyon manata yüksəlib.

Bankların depozitləri (Banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər) 827 milyon manat və ya 13,8% artaraq 6 milyard 796 milyon manata çatıb. Hər iki maddə üzrə artım 2 milyard 838 milyon manat təşkil edib.

Cədvəl 1. Bank sektorunun icmal balansı (mln. manatla)

Aktivlər

31.10.2017

31.10.2018

1. Nağd vəsaitlər

1,229.0

1,120.0

2. Mərkəzi Bankda müxbir hesablar*

2,597.3

2,455.6

3. Nostro hesablar (başqa banklardakı müxbir hesablar)

2,290.6

2,466.8

4. Banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər

5,969.3

6,796.1

5. Qiymətli kağızlar

1,567.8

3,578.9

6. Banklar da daxil olmaqla, maliyyə institutlarına kreditlər

292.0

233.2

6.1 xalis kreditlər

205.6

217.4

7. Müştərilərə verilən kreditlər

11,707.5

11,889.2

7.1 Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli

ehtiyat

1,651.0

1,536.5

7.2 Xalis kreditlər

10,056.5

10,352.7

8. Əsas vəsaitlər

807.0

925.4

9. Qeyri-maddi aktivlər

131.4

132.1

10. Digər aktivlər (məqsədli ehtiyatlar çıxılmaqla)

1,457.1

1,645.2

11. Cəmi aktivlər

26,311.6

29,690.2

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et