Banklarımızın məcmu kapitalının adekvatlıq əmsalı nə qədərdir? - (2018, II rüb) | Banco.az

Banklarımızın məcmu kapitalının adekvatlıq əmsalı nə qədərdir? - (2018, II rüb)

Kapital adekvatlığı əmsalı bankın məcmu kapitalının riskli aktivlərə nisbətindən ibarətdir. Bu, bankın risk ölçülü aktivlərə qarşı kapital dayanıqlılığını göstərir.

KAƏ (kapital adekvatlığı əmsalı) göstəricisinin aşağı olması bankın riskli aktivlərinin çox, kapital dayanıqlığının isə az olmasını göstərir. 

Belə ki, Mərkəzi Bankın kommersiya banklarına qoyduğu tələbdə kapital adekvatlığı əmsalı 12%-dən az olmamalı idi.

Lakin, "Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə BƏYANATI"nda kəmiyyət xarakterli requlyativ tələblər yüngülləşdirilmiş, I dərəcəli kapitalın adekvatlıq əmsalı 5%-ə, məcmu kapitalın adekvatlıq əmsalı isə  10%-ə endirilmişdir. 

Qeyd edək ki, məcmu kapital adekvatlığı əmsalının 10%-dən aşağı olması bankın müflisləşmə ehtimalını artırır.

Banco.az olaraq 2018-cı ilin ikinci rüb göstəricilərinə əsasən bankların kapital adekvatlığı əmsalını müəyyən etdik və cədvəl şəklinə gətirdik:

İlk siyahımız məcmu kapitalın adekvatlığı əmsalıdır. Bu göstərici bankın tutulmalardan sonrakı məcmu kapitalının risk dərəcəsi ilə ölçülmüş aktivlərə nisbəti kimi hesablanır.

Banklar

Məcmu kapitalın adekvatlığı (%-lə)

Pakistan milli bankı

342,70

Naxçıvan Bank

128,00

Bank Melli İran

124,22

Bank Avrasiya

62,98

Bank VTB

38,76

Günay Bank

34,18

AFB bank

28,68

AzərTürkBank

27,98

Ziraat Bank

27,37

Rabitəbank

27,00

NBC Bank

25,62

Azərbaycan Beynəlxalq Bank

25,19

Bank BTB

25,17

Express Bank

25,00

YapıKrediBank

24,8

Nikoil Bank

18,48

ASB bank

17,42

Xalq Bank

17,40

TuranBank

17,00

Bank Silkway

15,21

Unibank

14,36

Muğan Bank

14,00

Kapital Bank

13,10

AtaBank

13,02

Amrah Bank

13,00

Paşa Bank

11,4

Bank Respublika

10,96

AG Bank

7,42

Accessbank

4,05

Bank of Baku

3,46

Ən sərfəli kredit üçün müraciət et

Xəzər Aslanov, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et