Banklarımızın I dərəcəli kapitalının adekvatlıq əmsalı nə qədərdir? - (2018, II rüb) | Banco.az

Banklarımızın I dərəcəli kapitalının adekvatlıq əmsalı nə qədərdir? - (2018, II rüb)

Kapital adekvatlığı əmsalı bankın I dərəcəli kapitalının riskli aktivlərə nisbətindən ibarətdir. Bu, bankın risk ölçülü aktivlərə qarşı kapital dayanıqlılığını göstərir.

KAƏ (kapital adekvatlığı əmsalı) göstəricisinin aşağı olması bankın riskli aktivlərinin çox, kapital dayanıqlığının isə az olmasını göstərir. 

Belə ki, Mərkəzi Bankın kommersiya banklarına qoyduğu tələbdə kapital adekvatlığı əmsalı 12%-dən az olmamalı idi.

Lakin, "Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə BƏYANATI"nda kəmiyyət xarakterli requlyativ tələblər yüngülləşdirilmiş, I dərəcəli kapitalın adekvatlıq əmsalı 5%-ə, məcmu kapitalın adekvatlıq əmsalı isə  10%-ə endirilmişdir. 

Qeyd edək ki, məcmu kapital adekvatlığı əmsalının 10%-dən aşağı olması bankın müflisləşmə ehtimalını artırır.

Banco.az olaraq 2018-cı ilin ikinci rüb göstəricilərinə əsasən bankların kapital adekvatlığı əmsalını müəyyən etdik və cədvəl şəklinə gətirdik:

İkinci siyahımız I dərəcəli kapitalın adekvatlığı əmsalıdır. Bu göstərici bankın tutulmalardan sonrakı I dərəcəli kapitalının risk dərəcəsi ilə ölçülmüş aktivlərə nisbəti kimi hesablanır.

Banklar

I dərəcəli kapitalın adekvatlığı (%-lə)

Pakistan milli bankı

338,90

Naxçıvan Bank

133,50

Bank Melli İran

89,76

Bank Avrasiya

57,04

Bank VTB

38,26

Günay Bank

33,17

AzərTürkBank

26,88

Ziraat Bank

26,18

AFB bank

24,00

NBC Bank

23,92

Bank BTB

23,80

Express Bank

23,00

YapıKrediBank

23,00

Azərbaycan Beynəlxalq Bank

20,54

Rabitəbank

20,00

Paşa Bank

17,7

ASB bank

16,11

Xalq Bank

15,50

Muğan Bank

13,00

TuranBank

13,00

Bank Silkway

12,20

AtaBank

12,19

Nikoil Bank

11,40

Kapital Bank

9,98

Amrah Bank

8,00

Unibank

7,45

Bank of Baku

7,35

Bank Respublika

7,04

AG Bank

5,7

Accessbank

1,99

Ən sərfəli kredit üçün müraciət et

Xəzər Aslanov, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et