Banklarımız Twitter-də nə qədər aktivdir? - ARAŞDIRMA | Banco.az

Banklarımız Twitter-də nə qədər aktivdir? - ARAŞDIRMA

Günümüzdə sosial mediasız həyatı təsəvvür etmək demək olar ki, çətinləşib. Bu platforma sadəcə söhbət etmək və ya məlumat almaq üçün deyil, eyni zamanda şirkətlərin özünü nümayiş etdirə biləcəyi arenadır. Bura bir növ döyüş meydanıdır. Rəqabətin qoxusunu isə duymamaq olmur. Banklar bu platformada geniş auditoriya yığmaqda olduqca maraqlıdırlar. Bu isə başadüşüləndir. Facebook-da açılan səhifələr hal-hazırda kifayət qədər idarə olunur.

Amma hər şey Facebook-la bitmir. Sosial medianın tərkibində çox sayda şəbəkələr mövcuddur. Bu gün sizə banklarımızın Twitter fəaliyyətini təqdim edəcəyik.

Twitter - ani düşüncələrinizi bildirməyə yarıyan, 280 hərf limiti olan və Facebook-la müqayisədə daha aktiv bir mühitdir. Buna baxmayaraq, Azərbaycanda banklar Twitter-dən kifayət qədər istifadə etmirlər. Yəni Facebook-da göstərdikləri səyi Twitter-də görmək olmur. Bunu isə anlamaq bir az çətindir.

Sosial media və xəbərlər arasındakı əlaqəni araşdıran Pew Research Center-in son araşdırması nəticəsində məlum olmuşdur ki, Twitter istifadəçiləri Facebook istifadəçilərindən oxumağa daha çox meyllidirlər. Twitter istifadəçilərinin 45%-i 18-29 yaş arasında olarkən, Facebook istifadəçilərinin 34%-i bu yaş aralığındadır. 65 yaş və daha yuxarı Twitter istifadəçilərinin nisbəti yalnız 2% ikən, Facebook-da bu nisbət 7%-dir. Artıq gənclər Facebook-dan uzaqlaşaraq digər sosial şəbəkələrə yönəlir. Facebook da bunu qəbul etmiş, Facebook-un gənclər arasında məşhurluğunun azaldığını dilə gətirmişdi. Genişlənən oxucu auditoriyasının olduğu Twitter-də bankların sakit fəaliyyətini anlamaq çətindir. Sizə Twitter-də olan banklar, onların Twitter səhifələri və  göstəricilərini təqdim edəcəyik. Bildirmək istərdim ki, Bankların sıralaması onların izlənmə sayına əsasən hazırlanıb.

Bank

Followers Following Tweets

Unibank   

1004

12

2824

Paşa Bank 

891 48 1364

Bank of Baku 

706

- 1528

Kapital Bank

597

43 1896

Atabank 

431 8 511

AccessBank 

346 6 525

Beynəlxalq Bank

172 3 791

Turanbank

99 7 417

Nikoil Bank 

60 6 1501

Yapı Kredi Bank Azərbaycan 

36 1 18

Muğanbank   

32 74 74

Ən sərfəli kredit üçün müraciət et

Rabitabank 17 87 139

Unibank banklar arasında həm izlənmə, həmdə paylaşdığı Tweet-lərinin sayına görə birincidir. Digər iki yerdə isə Paşa bank və Bank of Baku yerləşir.

Hər bir halda Sosial mediadan bacardıqca yaxşı istifadə etmək lazımdır.

Güllü Nağıyeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et