Banklardankənar nağd pul kütləsi 25% artıb | Banco.az

Banklardankənar nağd pul kütləsi 25% artıb

Azərbaycanda banklardankənar nağd pul kütləsi (M0 aqreqatı) aylıq müqayisədə 108,8 mln. manat və yaxud 1,5% azalaraq bu il fevralın 1-nə 7 381,5 mln. manat təşkil edib. 

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının aylıq hesabatına istinadən xəbər verir.

Ən sərfəli kredit üçün müraciət et

Hesabata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə isə M0 aqreqatında 1 458,6 mln. manat və yaxud 24,6% artım qeydə alınıb.

Qeyd edək ki, ölkədə nağd pul kütləsinin maksimal həddi 2014-cü il iyul ayında qeydə alınıb və 10 508,9 mln. manat təşkil edib.

Ən sərfəli krediti almaq üçün müraciət et