Banklarda səhmlərinin nominal dəyəri nə qədərdir? - ARAŞDIRMA | Banco.az

Banklarda səhmlərinin nominal dəyəri nə qədərdir? - ARAŞDIRMA

Qiymətli kağızların növlərindən biri olan səhmlər, investorlar üçün hələ də maliyyə rolunu oynamaqda davam edir. Səhmlər digər qiymətli kağızlardan fərqli olaraq, sahibini həmin qiymətli kağızın aid olduğu müəssisənin pay sahibinə çevirir. Şirkətlərin investisiya portfelinin genişləndirmək üçün səhmlərinin satışa çıxarılmasının xüsusi əhəmiyyəti vardır.

Bildiyimiz kimi səhmin 2 növü var ki, bunlara adi və imtiyazlı səhmlər aiddir. Adi səhm vasitəsilə səhmi alan hüquqi və ya fiziki şəxs səhmin məxsus olduğu müəssisə və ya şirkətin gəlirinin bir hissəsini dividend şəklində əldə etmək, onun idarə olunmasında iştirak etmək və onun ləğv edildiyi halda əmlakın bir hissəsinə sahib olmaq hüququ əldə edir.

Həmçinin oxu:Səhmlər, səhm nədir?

İmtiyazlı səhm isə səhmin nominal dəyərindən müəyyən faizlə ifadə olunmuş ölçüdə dividend almaq hüququnu və bu dividendin alınmasında digər adi səhm sahiblərindən nisbətən üstünlük hüququnu təmin edir.

Səhmlərin əsas məqsədi nizamnamə kapitalının artırılmasına xidmət edir.

Ən sərfəli kredit üçün müraciət et

İndi isə Azərbaycan banklarının səhmlərinin nominal dəyəri ilə tanış olaq.

Aşağıdakı diaqramdan da göründüyü kimi bank səhmlərinin nominal dəyəri açıq rəngdən tündə doğru artmaqdadır. Muğan bankın bir səhminin nominal dəyəri 20 qəpik olduğu halda, Bank Avrasiyanınkı isə 2500 manat dəyərindədir. Səhmlərin dəyərləri nə qədər fərqlidirsə, sayı da bir o qədər fərqlənir. Məsələn, Nikoil bank dəyəri 2 AZN-lik 174 000 000 sayda, Kapital Bank 15 000 000 ədəd 12.39 AZN dəyərində səhmlər dövriyyəyə buraxdığı halda, AFB Bankın səhmlərinin sayı 55 647 ədəd olmaqla 1265 AZN, Bank Avrasiya isə 20 000 ədəd olmaqla 2500 AZN dəyərində səhmlərini dövriyyəyə buraxaraq öz nizamnamə kapitalını artırmışdır.

Hal-hazırda isə nominal dəyəri 27 qəpik olan Beynəlxalq Bankın səhmləri dövriyyədədir. Bu bankın səhmləri nominal dəyərinə baxmayaraq, alış (12 qəpik) və satış (13 qəpik) qiymətləri təxminən yarı qiymətinədir.

Səhmlərin qiymətlərinin aşağı olması bankların pay sahibini olmağını sadələşdirir.

Tərlan Qəhrəmanova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et