Banklarda “Card to Card” neçəyədir? - SİYAHI | Banco.az

Banklarda “Card to Card” neçəyədir? - SİYAHI

“Card to Card” xidməti adından da göründüyü kimi kartdan karta edilən əməliyyatı göstərir. Yəni, siz öz plastik kartınız vasitəsilə plastik kartı olan bir şəxsə vəsait göndərə bilərsiniz.

Bu xidmət vasitəsilə siz, tez və rahat şəkildə pulunuzu bir kart hesabından digər kart hesabına köçürə bilərsiniz. Pul vəsaitləri istər müştərinin öz kart hesabları arasında, istərsə də digər şəxsin kart hesabına köçürülə bilər.

Kartdan karta pul vəsaitlərinin köçürülməsi İnternet Bank, Mobil Bank xidmətləri və ATM-ləri vasitəsilə həyata keçirilə bilər.

Göndərilən pullar 30 dəqiqə ərzində ünvana çatır.

"Card to Card" əməliyyatı aşağıdakı qaydada həyata keçirilir:

  • Kartı bankomata daxil edirsiniz, PIN kodu yazırsınız,
  • Bankomatın monitorunda Card-to-Card funksiyasını seçərək, pulu qəbul edən şəxsin kart nömrəsini daxil edirsiniz,
  • Pulu qəbul edən şəxsin kartının etibarlılıq müddətini göstərir və göndərilən məbləği daxil edirsiniz,
  • Əməliyyat yerinə yetirilir və sizə qəbz təqdim olunur.

"Card to Card" xidmətinin əsas üstünlükləri:

  • Pulköçürmə həftənin 7 günü, 24 saat ərzində mümkündür;
  • Sürətli pulköçürmə xidmətlərindən daha sürətli və sərfəlidir;
  • Pul 30 dəqiqə ərzində kart hesabına köçürülür;
  • Köçürülən məbləğə məhdudiyyət qoyulmur;
  • Pulu köçürərkən banka gəlməyə ehtiyac yoxdur.

QEYD: "Card to Card" əməliyyatı bankın öz kartları və bankın aid olduğu prosessinq mərkəzinin kartları arasında aparıla bilər.

Aşağıdakı cədvəldə "Card to Card" xidməti göstərən banklar ilə tanış ola bilərsiniz.  

Göstərilən qiymətlər Debet kartları ilə edilən manat əməliyyatlarına aiddir. Digər valyuta ilə və kart növlərindən istifadə zamanı faiz dərəcələrində fərqlilik müşahidə olunacaqdır. 

 

Bank

Prosessinq mərkəzi

Köçürmə məbləği

Komisyon haqq

AccessBank

Millikart

Limit yoxdur

0,6% - min. 0,5 AZN

AFB Bank

AzeriCard

Limit yoxdur

0,2% - min. 0,5 AZN

AGBank

AzeriCard

Limit yoxdur

0,2% - min. 0,4 AZN

Amrahbank

AzeriCard

limit yoxdur

0,5% - min. 0,5 AZN

Atabank

AzeriCard

Limit yoxdur

0,5% - min. 0,5 AZN

Azər Türk Bank

AzeriCard

Limit yoxdur

0,15% - min. 0,60 AZN

Bank Avrasiya

AzeriCard

Limit yoxdur

0,5% 0,50 AZN

Bank BTB

AzeriCard

1000 AZN

0,5% min 1 AZN

Bank of Baku1

Daxili Prosesinq

Limit yoxdur

0,2% - min. 0,25 AZN

Bank Respublika

AzeriCard

Limit yoxdur

0,25% - min. 0,3 AZN

Bank Silk Way

AzeriCard

Limit yoxdur

0,50%

Beynəlxalq Bank

AzeriCard

Limit yoxdur

0,15% - min. 0,6 AZN

Expressbank

Millikart

2000 Azn

1%

Kapital Bank2

Daxili Prosesinq

4000 AZN

0,2% - min. 0,5 AZN

Muğanbank

AzeriCard

Limit yoxdur

0,7% - min. 0,5 AZN

NBC Bank

AzeriCard

Limit yoxdur

0,5% - min. 1 AZN

Nikoil Bank

AzeriCard

Limit yoxdur

0,2% - min. 0,8 AZN

Paşa Bank1

Daxili Prosesinq

Limit yoxdur

1% - min. 1 AZN

Rabitəbank

AzeriCard

5000 AZN

0,5% - min. 0,6 AZN

Turanbank

AzeriCard

5000 AZN

0,5%

Unibank2

Daxili prosessinq mərkəzi

15 000 AZN

0,5% -min. 1 AZN

VTB Bank Azərbaycan

AzeriCard

1000 USD ekvivalenti

0,5% - min. 0,5 AZN

Xalq Bank

AzeriCard

1000 AZN

0,5%

Ən sərfəli kredit üçün müraciət et

  1. Paşa Bank kartları ilə həm daxili prosessing mərkəzinin, həm də Millikart-a aid kartların hesabına məbləğ köçürərkən tarif dərəcəsi eyni olur.
  2. Unibank-ın kartları ilə günlük köçürmə limiti 15 000 AZN, hər bir köçürmə əməliyyatına görə limit isə kartın risk qrupu üzrə müəyyən olunur. Karların növ və risk qrupları üzrə bölgüsü.
  3. ASB Bankda card to card yalniz kredit kartlari ile mumkendur.

*Məlumatlar bankların çağrı mərkəzlərindən əldə edilmişdir

Ən sərfəli krediti almaq üçün müraciət et