Banklar zəng zamanı müştərilərini hansı musiqi ilə salamlayır - ARAŞDIRMA | Banco.az

Banklar zəng zamanı müştərilərini hansı musiqi ilə salamlayır - ARAŞDIRMA

Musiqi ruhun qidasıdır. Notların birləşməsindən yaranan bu möcüzəvi səs bəzən insana rahatlıq versə də, bəzən də əsəblərinə təsir edə bilər. Ona görə də şirkətlər musiqi seçimlərinə hər zaman xüsusi diqqətlə yanaşırlar.

Banco.az olaraq sizlərə banklara zəng edən zaman müştərilərin ilk qarşılaşdıqları musiqilərdən söz açacağıq. Hər birimiz banka zəng edən zaman gözləmə rejimində az da olsa olmuşuq. Bu zaman səslənən melodiya kimin yadındadır?

Adətən çağrı mərkəzlərində standart olaraq klassiklərin əsərlərindən bir parça ifa olunur. Bu da çox vaxt telefonun öz avtomatik rejimində olan səslərdən biri olur. Lakin bəzi diqqətli şirkətlər var ki, fon rejimində ifa olunacaq melodiyanın da seçiminə fikir verirlər.  

Siz aşağıdakı siyahıda banklara zəng edən zaman müştərilərin fon rejimində eşitdikləri musiqilərlə tanış ola bilərsiniz. 

Araşdırmamızdan məlum olmuşdur ki, AGBank, Azər Türk Bank, Bank of Baku, Bank Silk Way, Expressbank, NBC Bank, Rabitəbank, Unibank Azərbaycan bəstəkarlarının əsərlərinə müraciət edib. 

AccessBank, Amrahbank, Atabank, Bank Respublika, Beynəlxalq Bank, Dəmirbank, Gunay Bank, Kapital Bank, Paşa Bank, VTB Bank, Yapı Kredi Bank Azərbaycan isə xarici bəstəkarlara müraciət etmişdir. 

Muğanbank-a zəng zamanı isə fon rejimində bankın istiqraz məhsulunun reklam mətni səslənir. 

AFB Bank, ASB Bank, Bank Avrasiya, Turanbank-da isə səslənən musiqi avtomatik rejimin öz musiqisidir. 

Banklar arasında Bank BTB, CDB Bank, Nikoil Bank, Xalq Bank-da fon rejimində heç bir musiqi səslənmir. 

Bank

Gözləmə musiqisi

AccessBank

Calm River

AGBank

Vaqif Mustafazadə "Düşüncə"

Amrahbank

Keiko Matsui "Across the sun"

Atabank

W.A.Mozart Eine kleine Nachtmusik

Azər Türk Bank

Üzeyir Hacıbəyov "Arazbarı"

Bank of Baku

Vaqif Mustafazadə "Düşüncə"

Bank Respublika

Tim Carleton & Darrick Deel - Opus Number One

Bank Silk Way

Üzeyir Hacıbəyov "Sənsiz"

Beynəlxalq Bank

Tim Carleton & Darrick Deel - Opus Number One

Dəmirbank

Tim Carleton & Darrick Deel - Opus Number One

Expressbank

Əzizə Mustafazadə "Dance of Fire"

Gunay Bank

Beethoven "Für Elise"

Kapital Bank

Jazeboo "Acapulco"

Muğanbank

Muğanbank istiqraz reklamı

NBC Bank

Əlixan Səmədov "Sarı Gəlin"

Paşa Bank

Michel Petrucciani "Lullaby"

Rabitəbank

Vaqif Mustafazadə "Mart"

Unibank

Fikrət Əmirov "Mən səni araram"

VTB Bank

Tim Carleton & Darrick Deel - Opus Number One

Yapı Kredi Bank Azərbaycan

Tim Carleton & Darrick Deel - Opus Number One

AFB Bank

Avtomatik rejim

ASB Bank

Avtomatik rejim

Bank Avrasiya

Avtomatik rejim

Turanbank

Avtomatik rejim

Bank BTB

Yoxdur

CDB Bank

Yoxdur

Nikoil Bank

Yoxdur

Xalq Bank

Yoxdur

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et