Banklar kriptovalyuta xidməti təqdim edəcək - YENİLİK | Banco.az

Banklar kriptovalyuta xidməti təqdim edəcək - YENİLİK

Almaniya mərkəzli maliyyə qurumu olan “VPE WertpapierhandelsBank AG” (VPE) bir neçə gün əvvəl maliyyə texnologiyası şirkəti olan “Solaris Bank” ilə əməkdaşlıq etdiyini açıqlayıb. Bu əməkdaşlığa əsasən, iki şirkət institusional investorların faydalana biləcəyi bir kriptovalyuta əməliyyatı xidməti təqdim edəcək.

Sözügedən bank Almaniyada maliyyə tənzimləyicisi olan Federal Maliyyə Nəzarəti Təşkilatı (BaFin) tərəfindən tətbiq edilən qaydalar əsasında fəaliyyət göstərir. Bu, reallaşarsa, VPE Almaniyada kriptovalyuta əməliyyatı xidməti təqdim edən ilk bank olacaq. Bankın veb səhifəsində verilən məlumata görə, sözügedən əməliyyatlar yalnız “korporativ və ya professional müştərilər üçün” nəzərdə tutulub.

VPE-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Katarina Strenski mövzuyla bağlı bunları bildirib:

“Bitcoin (BTC), Litecoin (LTC), Ethereum (ETH) kimi kriptovalyutalar və didərləri ötən illər ərzində aktiv sinifləri halına gəldilər. Rəqəmsal tokenlərlə edilən əməliyyatlar indiyədək kriptovalyuta birjaları və onlayn bazarlar vasitəsilə məhdud şəkildə reallaşdı. Müştərilərinə kriptovalyuta əməliyyatı xidməti təqdim edən ilk alman bankı olmaqdan çox məmnunuq”.

Bankın hazırda müəyyən müştərilərə təqdim edəcəyi kriptovalyuta əməliyyatı xidməti rəqəmsal bank xidməti platformalarını hazırlayan bir texnologiya şirkəti kimi tanınan “Solaris Bank”-ın ortaqlığıyla həyata keçirilir.

Böyük Britaniyada yerləşən maliyyə qurumu “Barclays” da oxşar açıqlamalar ermişdi. Rusiyaya aid “Gazprombank” da İsveçrədə keçirilməsi planlaşdırılan kriptovalyuta əməliyyatlarının ötən ay pilot sınaqlarını elan etmişdi. Buna görə, bankların kriptovalyutaları əvvəlki vaxtlara nisbətən daha çox mənimsəmələri mümkündür.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et