Banklar kreditləri sığortalayırmı? - ARAŞDIRMA | Banco.az

Banklar kreditləri sığortalayırmı? - ARAŞDIRMA

Banklar tərəfindən müxtəlif sığorta şirkətləri vasitəsi ilə kreditlərin sığortalanması çox önəmlidir. Çünki, kreditin geri qaytarıla bilmədiyi hallardan həm bank, həm də müştəri özünü sığortalamış olur. Düzdür, bu gün müştərilər götürdükləri kreditdən müəyyən haqq çıxılmasını istəmirlər, çünki bu hal ümumi kredit məbləğini aşağı salır. Lakin başa düşmək lazımdır ki, bu onların xeyrinədir. Belə ki, tutulan bir neçə faiz sığorta haqqı gələcəkdə hər hansı bədbəxt hadisə nəticəsində ödəmə qabiliyyətini itirən müştərini külli miqdarda kredit ödəmə məcburiyyətindən xilas edir.

Banklar kreditləri əsasən fərdi qəza sığortası və həyat sığortası üzrə sığortalayırlar, bəzi hallarda isə girov əsasında verilmiş kreditlərdə girov qoyulmuş əmlak sığortalanır. Sığorta hadisəsi baş verdikdə isə kredit götürmüş müştəri ödənilməli olan kredit borcundan azad olunur.

Banco.az olaraq bankların müştərilər tərəfindən götürülən kreditlərə görə sığorta təkliflərini araşdırdıq. Aşağıdakı cədvəldən hansı bankların sığorta təklif etdiyini və onların sığorta haqlarını, hansı bankların isə ümumiyyətlə sığorta təklif etmədiklərini görə bilərsiz.

Qeyd edək ki, bütün məlumatlar banklarla əlaqə saxlanılaraq toplanmışdır.

"Hansı banklardan hal-hazırda kredit götürmək mümkündür?" sualına cavab axtarırsınızsa, buraya daxil olun.

Bankların sığorta göstəriciləri belədir:

BANK

KREDİT NÖVÜ

SIĞORTA NÖVÜ

AccessBank

İstehlak krediti

sığortalanmır

AFB Bank

İstehlak krediti

sığortalanmır

ASB Bank

İstehlak krediti

sığortalanmır

Azər Türk Bank

İstehlak krediti

sığortalanmır

Bank Avrasiya

İstehlak krediti

sığortalanmır

Bank of Baku

İstehlak krediti

sığortalanmır

Bank Respublika 

Nağd pul krediti

girovun sığortası

Beynəlxalq Bank

Nağd pul krediti

həyat sığortası

Expressbank

Nağd pul krediti

sığortalanmır

Kapital bank

Gündəlik tələbat krediti

həyat sığortası

Nikoil Bank

İstehlak krediti

həyat sığortası

Rabitəbank

İstehlak krediti

fərdi qəza sığortası

Turanbank

İstehlak krediti

fərdi qəza sığortası 

Unibank

Nağd pul krediti

Sığortalanmır

VTB Bank

İstehlak krediti

fərdi qəza sığortası

Yapı Kredi Bank

İstehlak krediti

həyat sığortası

girovun sığortası

Xalq Bank 

İstehlak krediti

həyat sığortası

girovun sığortası

Ən sərfəli kredit üçün müraciət et

Cədvəldən də gördüyünüz kimi, yalnız 9 bank kreditləri sığortalayır. Bankların bəzilərində müştərinin istəyindən asılı olaraq kreditlər sığortalana bilər, lakin, bir çoxunda kreditlərin sığortalanması tamamilə aparılmır. 

Gələk kreditlərə sığorta tətbiq edən banklara. Beynəlxalq Bank-da nağd pul krediti sığortalanarkən 4% sığorta haqqı tutulur. Kapital Bank-da isə bu faiz  0,42-5% arasında dəyişir. Nikoil Bank yalnız 50 yaşdan yuxarı müştəriləri sığortalayır. Rabitəbank isə 1-3% arası sığorta haqqı tutur. Digər banklar isə təəsüf ki, bu göstəriciləri açıqlamır və hər bir müştəri üzrə fərdi baxıldıqdan sonra müəyyən edildiyini bildirir.

Ən sərfəli krediti almaq üçün müraciət et