Banklar hansı şərtlərlə biznes kartları təklif edir? - ARAŞDIRMA | Banco.az

Banklar hansı şərtlərlə biznes kartları təklif edir? - ARAŞDIRMA

Bank kartlarının növlərindən biri biznes kartlarıdır. Bu kartlar ezamiyyət və nümayəndəlik xərcləri, təsərrüfat ehtiyacları xərcləri, müəssisənin başlıca fəaliyyəti ilə əlaqədar xərclər, vergi, rüsum, icarə haqqı və s. ödənişləri nağdsız həyata keçirmək üçündür. Bu kartın özəlliyi ondan ibarətdir ki, kartın üzərində şirkətin adı qeyd edilir və bir hesaba bir neçə kart birləşdirilə bilər. Üstünlüyü isə rəhbərlər öz xərcləri ilə biznes xərclərini ayırmağa və şirkət xərclərini asanlıqla ödəməyə imkan verir. Eyni zamanda böyük həcmdə pulların daşınması, pulun itirilmə və oğurlanma riskinin azaldır.

Banco.az sizlər üçün bankların biznes kartlarını və onların şərtlərini araşdırıb.

Banklar Biznes kartları Nağdlaşdırma Kartın qiyməti
3 illik
SMS xəbərdarlıq
(Aylıq)
Card to Card* Cash by Code
AccessBank Visa Business 1% 40 0,5 0,60% 1,00%
AGBank Maestro Business Prepaid 1% 42 1 0,20% 0,30%
AtaBank Visa Business 1% 50 1,2 - 0,40%
Visa Business Merchant 1% 20 1,2 - 0,40%
Azər Türk Bank Mastercard Business 1% 60 1.18 0,15%  
Bank Avrasiya MC Business/ Visa Business 1% 30 1 0,50% 0%
Bank BTB BOSS Card 0,50% pulsuz 1,3 0,50% 1,50%
GünayBank MC Standard 1% 35 Pulsuz - -
MC Gold 1% 80 Pulsuz - -
Xalq Bank Visa Business/MC Business 1% Pulsuz 1,18 0,50% 1%
Kapital Bank Rüsum kartı 1% 20 5 (illik) - 1%
Visa Business 1% 40 5 (illik) - 1%
Visa Business Gold 1% 80 5 (illik) - 1%
Muğanbank Mastercard Business 1% 70 2 0,70% 1,50%
Naxçıvanbank   1% 40 15 (illik) 1% -

 

Ən sərfəli kredit üçün müraciət et

* Card to card xidməti zamanı pul göndərəndən tutulan xidmət haqqı qeyd olunmuşdur.

Tərlan Qəhrəmanova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et