Banklar dolların alış qiymətini artırıb | Banco.az

Banklar dolların alış qiymətini artırıb

Dolların rəsmi məzənnəsinin qalxması ilə bağlı olaraq, banklar da alış və satış kursunu qaldırırlar. Günün birinci yarısında 1 dolları 1,68 manata cəmi bir bank alırdısa (Nikoil Bank) günün ikinci yarısında onların sayı 3-ə çatıb.

Banco.az ın məlumatına görə, “Marja” xəbər verir ki, “Bank of Baku” və “Amrahbank”da 1 dolları 1,68 manatdan almağa başlayıblar. Bu banklar günün birinci yarısında 1 dolları müvafiq olaraq 1,6700 və 1,6780 manata alırdılar.

Ən sərfəli kredit üçün müraciət et

“Paşa Bank” isə alış qiymətini 1,6420 manatdan 1,66 manata qaldırıb. Bankların günün ikinci yarısı alış qiymətini qaldırması bu gün USD/AZN rəsmi məzənnəsinin qalxa biləcəyinə işarədir.

Qeyd edək ki, Mərkəzi Bank 22 avqust 2016-cı il tarixi üçün rəsmi USD/AZN məzənnəsini 1,6204 manat səviyyəsində elan edib.

Ən sərfəli krediti almaq üçün müraciət et