Banklar depozit faizlərini kütləvi şəkildə ucuzlaşdırıb - ARAŞDIRMA | Banco.az

Banklar depozit faizlərini kütləvi şəkildə ucuzlaşdırıb - ARAŞDIRMA

2019-cu ilin iyul ayında Azərbaycanda fəaliyyət göstərən 16 bankda əhalidən cəlb olunan əmanətlər üzrə faiz dərəcələri aşağı endirilib, bir bankda isə artırılıb.

Manatla qəbul olunan depozitlərin faiz dərəcələri “AGBank”da 11,00%-dən 9,50%-ə, “Amrahbank”da 10,50%-dən 10,00%-ə, “AtaBank”da 11,00-12,00%-dən 9,00-10,00%-ə, “Azərbaycan Sənaye Bankı”da 11,00-12,00%-dən 9,00-10,00%-ə, “Azər-Türk Bank”da 7,00-7,75%-dən 6,50-7,00%-ə, “Bank Avrasiya”da 9,00-10,00%-dən 7,00-8,00%-ə, “Bank BTB”də 10,00-11,00%-dən 8,50-9,50%-ə, “Bank Respublika”da 9,50-10,00%-dən 9,00-9,50%-ə, “Bank VTB Azərbaycan”da 6,80-7,00%-dən 6,25-6,50%-ə, “Expressbank”da 10,00-10,40%-dən 8,50-9,00%-ə, “GünayBank”da 11,00%-dən 10,00%-ə, “Turan Bank”da 11,00-11,40%-dən 10,50-10,90%-ə, “Unibank”da 9,50-10,00%-dən 8,50-9,00%-ə, “Yapı Kredi Bank”da 6,50%-dən 6,00%-ə salınıb, “ZiraatBank”da 5,25-6,00%-dən 6,75-7,50%-ə çatdırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Dollarla cəlb edilən əmanətlər üzrə faiz dərəcələri “Accessbank”da – 0,80-1,50%-dən 0,60-1,20%-ə, “AGBank”da 3,00%-dən 2,50%-ə, “Amrahbank”da 3,00%-dən 2,50%-ə, “AtaBank”da 2,25-3,00%-dən 2,00-2,50%-ə, “Azərbaycan Sənaye Bankı”da 2,00-2,50%-dən 1,50-2,00%-ə, “Bank Respublika”da 1,90-2,00%-dən 1,00-1,50%-ə, “Bank VTB Azərbaycan”da 1,90-2,00%-dən 1,65-1,75%-ə, “GünayBank”da 3,00%-dən 2,50%-ə, “Mugan Bank”da 3,00%-dən 2,50%-ə endirilib, “ZiraatBank”da 1,00%-dən 1,25%-ə çatdırılıb.

Məlumatların toplanmasında əsas kriteriya kimi əmanətlərin 1 il müddətinə qəbul olunması, məbləğə olan minimal tələbin yuxarı həddinin 1 000 manatı aşmaması götürülüb. Bu baxımdan araşdırmaya "Paşa Bank" (minimum məbləğ 20 000 AZN), "Premium Bank" (20 000 AZN) və "Melli İran Bankı"nın Bakı fillialı (5 000 AZN) daxil edilməyib. "Pakistan Milli Bankı"nın Bakı filialının depozit qəbul etməsi haqda isə heç bir məlumat yoxdur.

Daha ətraflı məlumat aşağıdakı infoqrafikada təqdim olunub:

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et