Banklar ADİF-i necə aldadır? | Banco.az

Banklar ADİF-i necə aldadır?

Banklara güvənin sarsıldığı bu dövrdə, insanları əmanətlərini banka etibar etməyə razı salmaq elə də asan iş deyil, baxmayaraq ki,  02 mart 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır. Milli valyutamız dəyərini itirdiyi üçün, manat əmanətləri insanlara cəlb edici görünmür.

Digər tərəfdən xarici valyuta üzrə qorunan əmanətlərin faiz dərəcəsi 3 faizdən artıq olmalı deyil. Belə olan halda banklar bu əmanətləri  müştərilər üçün maraqlı etməkdən ötrü bəzi “kələklərə” əl atır.

Müştəri ilə bağlanan müqavilədə valyutada olan depozitin faizi 3 faiz olaraq öz əksini tapır.  Bununla yanaşı müştəri ilə əlavə “bonus”larla bağlı müqavilə imzalanır ki, onun da həcmi 2-4%  arasında dəyişir. Adətən bu bonuslar ya müştəriyə müddətin əvvəlində ödənilir. Ödənilir dedikdə, həmin faizlər hesablanaraq, depozitin ilkin məbləğinə əlavə oluna bilər ki, bu da depozitin ilkin məbləğinin böyüməsinə gətirib çıxarır və sonda müştərinin qazancının 3%-dən daha çox olmasına zəmanət yaradır. Ya da bonuslar müştərinin digər cari hesabına toplana bilər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd etmək yerinə düşər ki, fiziki şəxslərin cari hesabları da qorunan əmanət hesab olunur və sığorta hadisəsi baş verdikdə fond tərəfindən müştəriyə geri ödənilir. Bununla da faktiki olaraq, banklar həmin vəsaitləri daha baha cəlb etmiş olur, bu da qorunan əmanətlərin həcmini və dolayı yolla fondun yükünü artırmış olur.

Belə təkliflə üzləşsiniz, pulunuzu həmin banka etibar etməkdən öncə daha bir dəfə düşünün, güclü banklar bu kimi təkliflərə getməz. 

Ən sərfəli krediti almaq üçün müraciət et