Bankın kredit portfeli 60% artmışdır. | Banco.az

Bankın kredit portfeli 60% artmışdır.

VTB Bank Azərbaycan`ın maliyyə hesabatlarının təhlili

VTB qrupun törəmə bankı olan VTB Bank Azərbaycan`ın 2014-cü ilin III rübündə aktivləri 263 mln manat təşkil etmişdir ki, bu da 2013-cü ilin sentyabrı ilə müqayisədə 58% çox olmuşdur. Aktivlərin 89%-i (234 mln manat) təşkil edən kreditlərin həcmində də artım müşahidə olunmuşdur. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə müştərilərə verilmiş kreditlərin həcmində 60%-lik artım baş vermişdir.

Əksər banklardan fərqli olaraq VTB Bank Azərbaycan`ın əsas maliyyələşmə mənbələrinə banklardan cəlb edilmiş kreditlər, nizamnamə kapitalı və müştərilərdən cəlb edilmiş depozitlər daxildir. Belə ki, carı ilin sentyabr ayına banklardan cəlb edilmiş kreditlərin məbləği 189 mln manat, nizamnamə kapitalı 50.8 mln manat, müştərilərdən cəlb edilən depozitlər isə yalnız 14.7 mln manat təşkil edir. Qeyd edək ki, banklardan cəlb edilən kreditlər bank passivlərinin 72%-i təşkil edir.  

Ən sərfəli kredit üçün müraciət et

VTB Bank Azərbaycan`ın digər maliyyə göstəricilərində kəskin artımlar müşahidə edilmişdir. Belə ki, bankın 2014-cü ilin III rübü ərzində faiz gəlirləri – 29.4 mln, qeyri-faiz gəlirləri isə 2.1 mln olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə uyğun olaraq 138% və 21% çoxdur. Bankın faiz xərcləri 6.8 mln manat, qeyri-faiz xərcləri isə 9.6 mln manat təşkil etmişdir.

Ümumilikdə isə, bank cari ilin yanvar-sentyabr ayları ərzində 2.7 mln manat xalis mənfəət əldə etmişdir. 

Ən sərfəli krediti almaq üçün müraciət et