Bankın kredit portfeli 11% azalıb - HESABAT | Banco.az

Bankın kredit portfeli 11% azalıb - HESABAT

“AFB Bank” 2018-ci il kredit portfelinin iqtisadiyyaatın sahələri üzrə bölgüsünü açıqlayıb.

Bankın 2018-ci il üçün kredit portfeli 194 mln 306 min manat olarkən, vaxtı keçmiş kreditlərinin məbləği  52 mln 248 min manat təşkil edib. Qeyd edək ki, 2017-ci il üçün bankın kredit portfeli 218 mln 52 min manat olmuşdur. 1 ildə bankın kredit portfeli 10,89% azalıb.
Bank tərəfindən hesabat dövrü ərzində verilən kreditlərin 162 mln 16 min manatı və ya 83,38%-i milli valyutada, qalan 32 mln 290 min manatı və ya 16,62%-i xarici valyuta ilə verilib.

Sahələr üzrə verilən kreditlərə baxanda yalnız tikinti sahəsinə verilən kreditlərdə xarici valyutanın payının çox olduğunu görmək olar. Belə ki, bu sahə üzrə ümumi olaraq verilən 9 mln 460 min manatın 5 mln 314 min manatı xarici valyuta ilə verilib.
Ən çox kredit verilən sahə kənd təsərrüfatı olub. Bu sahə üzrə ümumi olaraq 58 mln 557 min manat məbləğində kredit verilib və bu məbləğin kredit portfelində xüsusi çəkisi 30,14% olub.

Digər sahələr üzrə göstəricilər aşağdakı kimi olub:

İstehlak kreditləri – 56 mln 287 min manat ( kredit portfelində xüsusi çəkisi 28,97%),

Ticarət sahəsi – 38 mln 918 min manat (kredit portfelində xüsusi çəkisi 20,03%),

Emal sənayesi – 19 mln 623 min manat (kredit portfelində xüsusi çəkisi 10,10%),

Sənayenin digər sahələri – 11 mln 125 min manat (kredit portfelində xüsusi çəkisi 5,73%),

Tikinti sahəsi – 9 mln 460 min manat (kredit portfelində xüsusi çəkisi 4,87%),

Digər qeyri-istehsal və xidmət sahələri – 285 min manat (kredit portfelində xüsusi çəkisi 0,15%),

Nəqliyyat sahəsi  - 53 min manat (kredit portfelində xüsusi çəkisi 0,03%)

Ən sərfəli kredit üçün müraciət et

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et