Bankda "Müştəri təmsilçisi" olmaq üçün 5 səbəb | Banco.az

Bankda "Müştəri təmsilçisi" olmaq üçün 5 səbəb

Bank karyerasına Müştəri Xidmətləri Təmsilçisi (CSR) kimi başlamağın 5 üstünlüyü

Qaçmağı öyrənmədən öncə yeriməyi öyrənməlisən. Bu məsəl, bank sahəsində karyera qurmaq istəyənlər üçün xüsusən keçərlidir. Bankda yaxşı vəzifələrə doğru inamla addımlamaq üçün bank məhsulları, bank mühiti və icması haqqında biliklərə yiyələnməli, satmaq və ünsiyyət qurmaq qabiliyyətlərini inkişaf etdirməlisən.

CSR (Customer Service Representative) – və ya Müştəri Xidmətləri Təmsilçisi kimi tanınan bu pozisiya sizə bankda uğurlu karyera qurmaq üçün lazımı təməl sütunlarını verə bilər.

Beləliklə Banco.az sizə CSR-ın bankda karyera qurmaq üçün ideal pozisiya olduğunu göstərən beş səbəbi təqdim edir.

Bank məhsullarını və xidmətlərini tanımaq

Müştəri təmsilçisi olaraq, siz “bank cəbhə xəttinin” önündə gedirsiniz və ona görə də müştərilərdə yarana biləcək istənilən növ sual və müraciətləri cavablandırmaq üçün lazımı qədər silah-sursatla təchiz olunmalısınız. Bu silah isə sizin bank məhsulları və xidmətləri haqqında olan biliklərinizdir.

Ryan Jenkins, McMaster məzunu öz biliklərinin çox hissəsini məhz CSR pozisiyasında çalışdığı dönəmlərə bağlıyır. “Kütlələrlə iş zamanı öyrəndiyim ən böyük şey o oldu ki, insanların çoxu bankların təklif etdiyi xidmət növlərindən bixəbərdir” – o bildirir. O, həmçinin müştərilərin öz maliyyələrini necə daha yaxşı idarə etməli olduğunu və ya bank məhsullarını öz ehtiyaclarına necə uyğunlaşdırmasını da həmin müddətdə öyrəndiyini söyləyir.  

Komandada işləmə bacarıqlarını inkişaf etdirmək

Günün axarının yumşaq olmasını təmin etmək üçün öz həmkarlarınız ilə daima ünsiyyətdə olmaq zəruridir. Ryan bildirir ki, bankda əlaqələr çox sıxdır, ona görə də orada partnyorlarla işləməyə açıq olmalısan. “Bu, həmçinin öz ünsiyyət bacarıqlarını inkişaf etdirmək və yeni insanlar ilə tanış olmaq üçün böyük sosial mühitdir. – Ryan söyləyir.

Əgər siz, öz iş gününüz boyu şəxsi təmas və qarşılıqlı ünsiyyətə önəm verirsinizsə, CSR pozisiyası sizin üçün çox uyğun ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Öz camiyəni daha yaxşı tanımaq

Bu pozisiya, sizə bank mühitini, sizin bankın imicini və ümumilikdə ölkənin bank sənayesini və onun dünyadakı nüfuzunu daha yaxşı anlamağa kömək edəcək.

Ryan söyləyir ki, onun bankı əhatə edən cəmiyyət haqqında öyrəndikləri çox maraqlı olub: “Siz müxtəlif həyat yollarından keçmiş fərqli tip insanlara rast gələcək və çox fərqli hekayələr dinləməli olacaqsınız”. Bütün bunlar sizə beyninizdə bank icması haqqında geniş və dayanıqlı bir mənzərə formalaşdırmağa imkan verəcək.

Daha yaxşı satmaq qabiliyyəti

Ümumilikdə, CSR-ın performansı onların müştəriyə tövsiyə etdiyi xidmət növləri ilə ölçülür. Satış qabiliyyəti çox güclü bacırıqdır və sizi istənilən bir firmada arzuolunan heyət üzvünə çevirə bilər. Bankda Eİ (emosional intellekt) qabiliyyətlərinizi də əlavə olaraq inkişaf etdirsəniz, bu, sizə gələcəkdə öz əməkdaşlarınız, partnyorlar və müştərilər ilə daha yaxşı ünsiyət qurmağınıza imkan verəcək.

 “Söhbət müştəriyə daha uyğun əmənət və ya kredit kartının açılmasını tövsiyə etmək, və ya hər hansı bir kart vasitəsi ilə öz yığımlarını daha yaxşı idarə etməyi tövsiyə etməkdən gedə bilər” – Ryan söyləyir.

İrəliləmək fürsəti

Ryan bildirir ki, Kanada banklarında insan resurslarının idarə edilməsi daha çox yaxşı inkişaf edib və mənfəətli sahədir: “Bankda işlərkən hər zaman inkişaf və daxili yerdəyişmə imkanları var” deyə o bildirir. Bu sizə bank dünyasında CSR-dan daha üstün pozisiyalara yüksəlmək imkanı verir.

Əgər siz də bir bankın müştəri xidməti təmilçisi olmaq istəyirsinizsə, lakin hara və necə müraciət edəcəyinizi bilmirsinizsə, sizə davamlı olaraq saytımızın vakansiyalar bölməsini izləməyi məsləhət görərdik.

Buradan aktiv bank vakansiyalarına baxa bilərsiniz.

Könül Soltanova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et