Banka əmanət yerləşdirdi və Volkswagen Passat qazandı | Banco.az

Banka əmanət yerləşdirdi və Volkswagen Passat qazandı

Lotereyanın yekunlarına görə, «Badamdar» filialının müştərisi Volkswagen Passat avtomobilinin sahibi oldu.

Bu gün AccessBank-ın Baş Ofisində«Şanslı Əmanət» uduşlu lotereyası oynanıldı və qaliblər müəyyən olundu. Xatırladaq ki, lotereya 2014-cü il 28 yanvar tarixindən 31 mart tarixinədək keçirilib. Oyunun şərtlərinə görə, Bankda ən az 5.000 manat (və ya həmin məbləğin ABŞ dollarında ekvivalenti) məbləğində əmanət yatıran fiziki şəxslər, o cümlədən, rezident və qeyri-rezidentlər lotereyada iştirak etmək hüququna mailkdirlər. Əmanət hesabına yatırılan hər 5.000 AZN (və ya onun ABŞ dolları ekvivalenti), lotereyada bir uduş şansı yaradırdı.

Lotereyada Bankın 1441 əmanətçisi iştirak edib, uduş şanslarının sayı isə 5370 təşkil edib. Lotereya,3 jurnalist və Bankın 2 tərəfdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə oynanılıb.

Ən sərfəli kredit üçün müraciət et

Lotereyanın yekunlarına görə,«Badamdar» filialının müştərisi Volkswagen Passat avtomobilinin sahibi oldu.

Bundan əlavə, iki ədəd 100 qramlıq 999 əyarlı qızıl külçənin, o cümlədən, balansında 500 AZN olan yeddi ədəd Visa Gold plastik kartlarınınsahibləri də müəyyən edildi.

Lotereya qaliblərinin müştəri kodları haqqında məlumatı Bankın rəsmi internet saytı  və ya AccessBank-ın facebook sosial şəbəkəsindəki rəsmi səhifəsindən əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et