"Bank VTB" Roman Abramoviçin “Birinci Kanal”dakı payını alıb | Banco.az

"Bank VTB" Roman Abramoviçin “Birinci Kanal”dakı payını alıb

Rusiyanın "Bank VTB"si törəmə investisiya şirkəti olan “VTB Kapital” vasitəsi ilə məşhur milarder Roman Abramoviçin “Birinci kanal”da sahib olduğu 20%-lik səhm paketini alıb. 

Rusiya mətbuatı xəbər verir ki, bu barədə maliyyə bazarındakı mənbə bildirib. 

Onun sözlərinə görə, sövdələşmə ilə bağlı ətraflı məlumat yaxın vaxtlarda elan ediləcək. 

Bundan sonra "Bank VTB" və "Birinci Kanal”, eləcə də R.Abramoviçin nümayəndəsi Con Mann xəbəri təsdiqləyiblər. 

Ən sərfəli kredit üçün müraciət et

"Bank VTB"nin İdarə Heyətinin sədri Yuriy Solovyov bildirib ki, təmsil etdiyi maliyyə qurumu mütəmadi olaraq media sektorunu araşdırır: "Bu baxımdan gəlir gətirən, Bankın inkişafına və bazar dəyərinin artmasına imkan verən, cəldedici aktivləri nəzərdən keçiririk. “Birinci kanal” bazarda kifayət qədər aparıcı mövqeyə malikdir. Biz bu televiziya kanalının rəqəmsallaşma baxımından inkişafı üçün geniş imkanlarının olduğunu inanırıq". 

"Birinci kanal"ın səhmdarları arasında "Bank VTB" ilə yanaşı, usiyanın Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyi (38,9%), "Milli Media Qrupu" (29%), TASS agentliyi (9,1%) və "Ostankino" televiziya mərkəzi (3%) də var.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et