Bank VTB-nin əməliyyat zərəri 9 mln. manata çatıb | Banco.az

Bank VTB-nin əməliyyat zərəri 9 mln. manata çatıb

Bank VTB Azərbaycan 2017-ci ilin iyun ayına olan maliyyə hesabatlarını rəsmi saytında dərc edib.

Aşağıdakı diaqramdan da gördüyünüz kimi, bankın həm aktivlərində, həm də öhdəliklərində azalma qeydə alınıb.

İkinci rübdə bankın cəmi aktivləri birinci rübə nəzərən 5,7% azalaraq 404,986 mln. manat, cəmi öhdəlikləri isə 6,8% azalaraq 366,456 mln. manat olub.

VTB Bank Azərbaycanın kredit portfelində 12,979 mln. manat, depozit portfelində isə 7,969 mln. manat azalma olub.

Ən sərfəli kredit üçün müraciət et

Bankın kapitalında cüzi artım müşahidə olunub. Belə ki, bankın cəmi kapitalı 36,053 mln. manatdan 38,531 mln manata qalxıb.

2017-ci ilin ikinci rübündə bank zərərlə işləyib və bankın xalis əməliyyat zərəri 8,787 mln. manata çatıb. Lakin bank aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün olan ehtiyatlarından 12,7 mln. manat istifadə edib və ümumi mənfəəti  3,914 mln. manata çatdırıb. 823 min manat mənfəət vergisi ödədikdən sonra bankın xalis nənfəəti 3,092 mln. manat olub.

Ən sərfəli krediti almaq üçün müraciət et