“Bank VTB (Azərbaycan)"da yeni təyinat | Banco.az

“Bank VTB (Azərbaycan)"da yeni təyinat

“Bank VTB (Azərbaycan)" ASC-nin İnsan resursları idarəsinə yeni rəhbər təyin edilib.

İdarə Məlahət Abdullayevaya həvalə olunub.

Bu təyinatədək Məlahət Abdullayeva "Expressbank" ASC-də İnsan resursları departamentinin direktoru idi. 

Bu il Asiyə Haqverdiyeva vəzifəsini tərk etdikdən sonra “Bank VTB (Azərbaycan) ASC-nin İnsan resursları idarəsinə müvəqqəti olaraq Təhminə Mehdiyeva rəhbərlik edirdi.  2013-cü ildən “Bank VTB (Azərbaycan)” ASC-də çalışan Təhminə Mehdiyeva İnsan Resursları İdarəsində şöbə müdiridir. İnsan resursları idarəsinin keçmiş rəhbəri Asiyə Haqverdiyeva hazırda audit şirkətlərindən birində çalışır. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Bank VTB (Azərbaycan)" təşkilati-strukturuna görə, insan resursları üzrə bölmə departament deyil idarə adlandırılır. Bu idarəyə 3 şöbə – Kadr kargüzarlığı, Heyətin seçilməsi və Heyətin inkişafı və təlimi şöbəsi daxildir.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et