"Bank VTB Azərbaycan"-ın mənfəəti kəskin artmışdır | Banco.az

"Bank VTB Azərbaycan"-ın mənfəəti kəskin artmışdır

VTB bank qrupuna daxil olan Bank VTB Azərbaycan-ın nizamnamə kapitalı 50,815 mln manat hesab olunur. Bankın 2014-cü ilin II rübündə aktivləri 229,7 mln manat təşkil etmişdir ki, bu da 2013-cü ilin analoji dövrü ilə müqayisədə 2 dəfə çox olmuşdur. Son rüb üzrə aktivlərin 90,4%-ni (207 864.10 min manat) müştərilərə verilmiş xalis kreditlər təşkil etmişdir. Eyni zamanda kreditlərin də həcmində artım müşahidə olunmuşdur. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə müştərilərə verilmiş kreditlərin həcmi də 2 dəfə artmışdır.  

Bankın 2014-cü il II rüb üzrə öhdəlikləri 184,1 mln manata bərabərdir ki, onun da 15,9 mln manatı (8.7%) müştərilərdən cəlb olunmuş depozitlərdir. Öhdəliklərin artımı əsasən depozitlər hesabına deyil, bank və digər maliyyə institutlarından götürülən kreditlər hesabına baş vermişdir. Belə ki, əgər 2013-cü ilin II rübü üzrə öhdəliklərin həcmi 101,9 mln, banklardan götürülən kreditlərin həcmi isə 80,8 mln manat (79%) olmuşdursa, 2014-cü ilin II rübündə sonuncunun həcmi təxminən 2 dəfə artaraq, 152,9 mln manata bərabər olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Bankın 2014-cü ilin II rübü ərzində faiz gəlirləri – 19 mln, faiz xərcləri isə 4.2 mln, uyğun olaraq xalis faiz gəlirlər 14.8 mln manat olmuşdur.  Bank tərəfindən zərərlərin ödənilməsi üçün ehtiyat kimi 7.6 mln manat vəsait ayrılmışdır. Bankın cari ilin son rübü üzrə vergilərdən əvvəlki xalis mənfəəti 2.5 mln manat olmuşdur.

Ən sərfəli krediti almaq üçün müraciət et