Bank VTB Azərbaycan –ın “Əcəmi” filialı müştərilərə istirahət günlərində də xidmət göstərəcək | Banco.az

Bank VTB Azərbaycan –ın “Əcəmi” filialı müştərilərə istirahət günlərində də xidmət göstərəcək

Bank VTB (Azərbaycan)-ın “Əcəmi” filialı müştərilərin rahatlığını təmin etmək məqsədilə 15 – 19  iyun  bayram günlərində saat 10.00-dan 16.00-dək  xidmət göstərəcək.

Qeyd edək ki, göstərilən xidmətin səmərəliliyinin artırılması məqsədilə müştərilər bank xidməti haqqında istənilən məlumatı banka  gəlmədən, sadəcə məlumat mərkəzinin  986 qısa nömrəsinə zəng etməklə əldə edə bilərlər.

Bayram günlərində belə iş rejimi  müştərilərin, o cümlədən şəhərin qonaqların maksimal komfortu və rahatlığını təmin edəcək.

“Əcəmi” filialında müştərilər cari hesabdan vəsaitin verilməsi, təcili pul köçürmələrinin göndərilməsi/alınması, cari hesabların açılması, plastik kartın sifarişi/verilməsi, cari (kart), depozit hesabların artırılması kimi bütün əsas xidmətlərdən istifadə edə bilər. Filiala kredit ödənişləri, kredit sifarişlərinin qəbul edilməsi və sənədləşdirilməsi, valyuta mübadiləsi, cərimə və kommunal ödənişlərin həyata keçirilməsi, ödəniş tapşırıqlarının, İnternet-bank və Mobil-banka qoşulmaq üçün ərizələrin qəbulu və s. xidmətlər üçün müraciət də etmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bank VTB (Azərbaycan)-ın “Əcəmi” filialı Cavadxan küç. 30A, “Əcəmi” metrostansiyası yaxınlığında yerləşir.

Bankın məhsulları, tarifləri və digər xidmətləri barədə əlavə məlumatı çağrı mərkəzinin 986 qısa nömrəsi, eləcə də www.vtb.az   saytından əldə etmək olar.

Ən sərfəli krediti almaq üçün müraciət et