Bank VTB Azərbaycan –ın “Əcəmi” filialı bayram günlərində də işləyir | Banco.az

Bank VTB Azərbaycan –ın “Əcəmi” filialı bayram günlərində də işləyir

Bank VTB (Azərbaycan) bayram günlərində müştərilərinə Cavadxan küç. 30 A ünvanında (“Əcəmi” metrostansiyası yaxınlığında) yerləşən “Əcəmi” filialında xidmət göstərməyə davam edir. Filial 20-26 mart tarixlərində saat 10.00-dan 16.00-dək çalışacaq. 

Müştərilər aşağıdakı əsas xidmətlər üzrə əməliyyatlar həyata keçirə bilər: 

  • Cari hesabdan vəsaitin verilməsi;
  • Təcili pulköçürmələri;
  • Cari hesabların açılması;
  • Ödəniş kartının sifarişi/alınması;
  • Cari (kart) və depozit hesabların artırılması

 

Filialda eləcə də kredit ödənişləri, kredit sifarişlərinin qəbul edilməsi və sənədləşdirilməsi, valyuta mübadiləsi, cərimə və kommunal ödənişlərin həyata keçirilməsi, ödəniş tapşırıqlarının, İnternet-bank və Mobil-banka qoşulmaq üçün ərizələrin qəbulu və s. xidmətlərdən istifadə etmək də etmək mümkündür.

Bundan başqa, müştərilər bankın çağrı mərkəzinin 986 qısa nömrəsinə zəng edərək məhsul və xidmətlər üzrə məsləhət ala bilər.

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç