“Bank Standard”la bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət ediləcək | Banco.az

“Bank Standard”la bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət ediləcək

Ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin iclası artıq başa çatıb.

“Report”un məlumatına görə, iclasın yekununda növbəti iclasın vaxtı müəyyən edilməyib.

“Növbəti iclasın vaxtını kreditorlarla görüşməyə söz vermiş Bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müavini Vüqar Abdullayev müəyyən edəcək. Bizim indi müəyyən etdiyimiz vaxt onun qrafiki ilə üst-üstə düşməyə, görüşümüz baş tutmaya bilər. Odur ki, növbəti iclasın vaxtını o desin”, - deyə Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, o qeyd edib ki, “Bank Standard”la bağlı lazımi məlumatların təqdim edilməməsinə görə, Azərbaycan Mərkəzi Bankı (AMB), Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), eləcə də ADIF barədə Bakı Apellyasiya Məhkəməsində vəsatətlər qaldırılacaq: “Kreditorlar Komitəsinə ümumi cavablar verilir, bundan şikayət ediləcək”.

Ən sərfəli krediti almaq üçün müraciət et