“Bank Standard”ın kreditorları etiraz edib | Banco.az

“Bank Standard”ın kreditorları etiraz edib

Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin bu gün keçirlən Kreditorlar Komitəsinin ilk iclasına qatılmış, komitənin üvzü olmayan fiziki şəxslər komitəyə cəmi 20 nəfərin daxil olmasından narazılıq ediblər.

Onlar bankdakı vəsaitlərin qaytarılması zamanı maraqlarının lazımi səviyyədə qorunmayacağından narahat olduqlarını deyiblər.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov isə narahatlığa heç bir əsas olmadığını, sadəcə 150 minə yaxın kreditorun hamısının Kreditorlar Komitəsinə daxil edilməsinin, onların hamısının komitənin iclaslarına çağırılmasının texniki baxımdan mümkün olmadığını bildirib. Bununla belə, o Kreditorlar Komitəsinin üzvlərinin sayının bir qədər artırılmasını istisna etməyib. 

Ən sərfəli kredit üçün müraciət et

Bundan sonra, bir bir neçə kreditorun təşəbbüsü ilə onlar Kreditorlar Komitəsinə üzv seçilib. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et