Bank Silk Way-in mənfəəti artıb - HESABAT | Banco.az

Bank Silk Way-in mənfəəti artıb - HESABAT

Bank Silk Way 2017-ci il 30 sentyabra olan maliyyə nəticələrini açıqlayıb.

Belə ki, sözügedən dövrdə bankın cəmi aktivləri 405,644 mln. manat, cəmi öhdəlikləri isə 282,162 mln. manat təşkil edib. 2016-cı ilin yekunu ilə müqayisədə aktivlərdə 0,4% artdığı halda,öhdəlikləri 1,9% azalıb.

Bankın aktivlərində kredit portfelinin həcmi 369,797 mln. manat olub ki, bu da ilin əvvəlinə olan göstərici ilə müqayisədə 19 mln. manata yaxın azalma deməkdir. Depozit portfeli isə 170,980 mln manat təşkil edib.

Kapitalda da artım qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bank Silk Way-in 3-cü rübün sonuna cəmi kapitalı 123,482 mln. manat həcmində olub. və bu da ilin əvvəli ilə müqayisədə 0,6% çoxdur.

Bank ilin ilk 9 ayını mənfəətlə başa vurub.

Sözügedən dövrdə bankın əməliyyat mənfəəti 8 mln. manat, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaları 1,173 mln. manat olub. Bankın vergilər ödənilənədək mənfəəti 6,828 mln. manat, mənfəətdən ödənilən vergisi isə 136 min manat olub. Bank ilin ilk 9 ayını 6,692 mln. manat xalis mənfəət əldə edib.

Ən sərfəli krediti almaq üçün müraciət et