Bank sektorunun məcmu aktivləri və öhdəlikləri açıqlandı | Banco.az

Bank sektorunun məcmu aktivləri və öhdəlikləri açıqlandı

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanın bank sektorunun bu ilin I rübü üzrə icmal göstəricilərini açıqlayıb.

Aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən 32 kommersiya bankının cəmi aktivləri 29 980,1 mln. manat, o cümlədən cəmi öhdəlikləri 27 219,9 mln. manat, balans kapitalı isə 2 760,2 mln. manat təşkil edib.

Martın sonuna əhalinin banklarda 6 889,2 mln. manat əmanəti olub.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövrünə bankların filiallarının sayı 561, şöbələrinin sayı 137, ATM-lərinin sayı 2 471-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 312 nəfər təşkil edir.

Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 145, o cümlədən kredit ittifaqlarının sayı 97-dir. BOKT-larin işçi heyəti 2 726 nəfər təşkil edir.

Mənbə: Report.az 

Ən sərfəli krediti almaq üçün müraciət et