Bank sədri əmanət faizlərinin düşəcəyini gözləyir | Banco.az

Bank sədri əmanət faizlərinin düşəcəyini gözləyir

“Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 15%-də saxlanılmasının hazırda iqtisadi əsası yoxdur”.

Bunu açıqlamasında “AccessBank” QSC-nin İdarə Heyətinin sədri Anar Həsənov bildirib.

100% xarici kapitallı Bankın sədri, “Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi təbii olaraq aşağı düşməlidir” deyib və əlavə edib:

“15% tətbiq olunan vaxt AZN depozitinin faizi ortalama 15% idi. İndi əmanət faizləri ortalama 10-12% civarındadır. Mən əmanət faizlərinin orta hesabla 8-9%-ə düşəcəyini gözləyirəm. Mənim fikirimcə, yuxarı həddin 15%-də saxlanılmasının iqtisadi əsası yoxdur. Həmçinin, gələcəkdə sığortalama mexanizminin yalnız Manat əmanətlərinə şamil olmasını məqsədəuyğun hesab edirəm”.  

Həmçinin bax: Manat əmanəti ən sərfəli olan banklar - Sentyabr 2019

Ən sərfəli kredit üçün müraciət et

Anar Həsənov qeyd edib ki, aparılan islahatlar nəticəsində banklara daxil olan vəsaitlər artır. Həmçinin "AccessBank"ya yerləşdirilən əmənətlər də sürətlə artır: 

"Depozitlərin sürətlə artması ümumi iqtisadi stabilliyin, həm də əmanətlərin tam sığortalanması müddətinin daha bir uzadılmasının nəticəsidir. Bu ilin Fevralında əmanətlərin tam sığortalanması müddətinin daha 1 il uzadılması çox düzgün qərar idi". 

Xatırladaq ki, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin hyuxarı həddi 15%, xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi isə 3% müəyyən edilib. Qanuna görə, əmanətlər tam sığortalanır.  

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et