Bank Respublika yeni əlverişli kredit məhsulunu təqdim edir | Banco.az

Bank Respublika yeni əlverişli kredit məhsulunu təqdim edir

Əmək haqqını vaxtından əvvəl xərcləyib bitiribsiniz? Maliyyə vəsaitinə ehtiyacınız var?

O zaman ölkənin aparıcı banklarından biri olan “Bank Respublika”nın, əmək haqqı kart sahiblərinə təklif etdiyi yeni “Maaş+” kredit məhsulundan yararlanın!

Belə ki, kredit xəttindən yararlandıqda, kartınızda əmək haqqınız bitən zaman Bank tərəfindən Sizə maaşınızın bir mislinədək 40 günlük faizsiz kredit xətti təqdim ediləcək.

 

 “Maaş+”  kredit xəttinin əsas üstünlükləri aşağıdakılardır:

• İllik faiz dərəcəsi - 0%;

• Müddət - 24 ay;
• Məbləğ - əməkhaqqı məbləğinin bir mislinədək.

Ən sərfəli kredit üçün müraciət et

• Komissiya - 1%
• Güzəşt müddəti – 40 gün. Beləliklə, istifadə edilmiş məbləğ növbəti ayın 10-dək ödənildiyi halda heç bir faiz hesablanmır;

• Kredit xəttinin ödənilməsi əməkhaqqı kartına mədaxil zamanı avtomatik olaraq təmin olunur

 

“Bank Respublika”nın təklif etdiyi yeni “Maaş+” kreditindən yararlanın, əmək haqqı kartınızda balansınız hər zaman + olsun .

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et