“Bank Respublika” və “Rabitəbank” birləşə bilər | Banco.az

“Bank Respublika” və “Rabitəbank” birləşə bilər

“Bank Respublika” və “Rabitəbank” ASC-lər arasında mümkün konsolidasiyaya dair danışıqlar başlanılıb.

Bu barədə “bank dairələrindən məlumat verilib.

Bununla belə, hələ ki, konsolidasiyanın hansı formada olacağı, yəni, banklardan birinin digərinə birləşəcəyi və yaxud iki bankın birləşməsi ilə bazara yeni ad altında bankın daxil olacağı məlum deyil.

Xatırladaq ki, bir qədər əvvəl adları çəkilən banklar bankomat şəbəkəsini birləşdirib və müştərilərinə bir-birinin bankomatlarından komissiyasız istifadə etmək imkanı yaradıb. 

Ən sərfəli kredit üçün müraciət et

Məsələ ilə bağlı banklarla əlaqə saxlanılıb. "Bank Respublika"dan bununla bağlı məlumat olmadığı bildirilib. "Rabitəbank"dan isə bildirilib ki, hazırda müxtəlif kredit təşkilatları ilə konsolidasiyaya dair müzakirələr aparılır. amma heç bir maliyyə qurumu ilə yekun razılıq əldə olunmayıb.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et