“Bank Respublika”-nın səhmdarlarının pay bölgüsü dəyişib | Banco.az

“Bank Respublika”-nın səhmdarlarının pay bölgüsü dəyişib

"Bank Respublika" ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.

"Report"un məlumatına görə, dəyişiklik Bankın nizamnamə kapitalının 10 000 067 və yaxud 17,4% artırılaraq 67 461 088,1 manata çatdırılmasından sonra baş verib.

Belə ki, "Bank Respublika"nın kapital artımı üçün dövriyyəyə buraxdığı, hər birinin nominal dəyəri 2,45 manat olan 4 081 660 ədəd yeni səhmi Bankın əsas sahibi və Müşahidə Şurasının (MŞ) üzvü olan Natiq Saday oğlu Quliyev əldə edib. Son nəticədə onun “Bank Respublika”dakı payı 45,6709%-dən 53,7243%-ə yüksəlib.

Əvəzində, digər səhmdarların Bankdakı payı azalıb. Belə ki, Almaniyanın DEG investisiya şirkətinin payı 10,8656%-dən 9,255%-ə, "Sparkassen International Development Trust" şirkətinin payı 5,4328%-dən 4,6275%-ə, Elçin Saday oğlu Quliyevin (MŞ-nın üzvü) payı 9,8933%-dən 8,4268%-ə, Sevda Saday qızı Quliyevanın payı 9,4708%-dən 8,0669%-ə, Saday Əsəd oğlu Quliyevin payı 9,3635%-dən 7,9755%-ə, Mariya Heydər qızı Quliyevanın payı 9,1707%-dən 7,8113%-ə, digər 3 hüquqi və 9 fiziki şəxsin payı isə 0,1323%-dən 0,1127%-ə dəyişib.

Başqa sözlə, Quliyevlər ailəsi "Bank Respublika"dakı payını 83,57%-dən 86%-ə çatdırıb, Almaniya şirkətlərinin isə payı kapital artımında iştirak etmədikləri üçün avtomatik olaraq 16,3%-dən 13,88%-ə dəyişib.

Xatırladaq ki, "Bank Respublika" ASC 1992-ci ildə yaradılıb.

“Bank Respublika”nın səhmdarlarının pay bölgüsü
Səhmdarlar Əvvəl İndi
Səhm sayı Faiz nisbəti Səhm sayı Faiz nisbəti
"DEG" investisiya şirkəti (Almaniya) 2 548 372 10,8656% 2 548 372 9,2550%
"Sparkassen International Development Trust" şirkəti (Almaniya) 1 274 179 5,4328% 1 274 179 4,6275%
Natiq Saday oğlu Quliyev 10 711 410 45,6709% 14 793 070 53,7243%
Elçin Saday oğlu Quliyev 2 320 331 9,8933% 2 320 331 8,4268%
Sevda Saday qızı Quliyeva 2 221 229 9,4708% 2 221 229 8,0669%
Saday Əsəd oğlu Quliyev 2 196 078 9,3635% 2 196 078 7,9755%
Mariya Heydər qızı Quliyeva 2 150 841 9,1707% 2 150 841 7,8113%
Digər 3 hüquqi və 9 fiziki şəxs 31 038 0,1323% 31 038 0,1127%
Cəmi 23 453 478 100,0000% 27 535 138 100,0000%
Nizamnamə kapitalı 57 461 021,1 manat 67 461 088,1 manat

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et