"Bank Respublika" aktivlərinin illik artımına görə liderdir | Banco.az

"Bank Respublika" aktivlərinin illik artımına görə liderdir

Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 10-nun aktivləri illik müqayisədə azalıb.

Bunlar "Yapı Kredi Bank Azərbaycan", "Günay Bank", Pakistan Milli Bankının Bakı filialı, "Nikoyl Bank", "Atabank", "Azərbaycan Beynəlxalq Bankı", "Azərbaycan Sənaye Bankı", "AFB Bank", "Bank of Baku" və "Bank VTB Azərbaycan"dır. Aktivlərdə ən çox azalma "Bank VTB Azərbaycan"da (65,9%), ən az azalma isə " Yapı Kredi Bank Azərbaycan " da (0,1%) qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Qalan 20 bankın aktivləri isə son 1 ildə artıb. Ən çox artım "Bank Respublika"da (40%), ən az artım isə "AGBank"da (1,6%) baş verib.

Renkinq.az

Ən sərfəli krediti almaq üçün müraciət et