"Bank of Baku" maliyyə nəticələrini açıqladı - RƏQƏMLƏR | Banco.az

"Bank of Baku" maliyyə nəticələrini açıqladı - RƏQƏMLƏR

"Bank of Baku" ASC 2017-ci ilin 30 sentyabr tarixinə olan maliyyə nəticələrini açıqlayıb.

Sözügedən dövrdə bankın cəmi aktivləri 433,679 mln. manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 21,1% azdır.

Aktivlərinin həcmində müştərilərə verilən kreditlərin həcmi 196,742 mln. manat, nağd vəsaitlər və onların ekvivalentləri 35,573 mln. manat, banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər və kreditlər 196 742 mln. manat təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

İlin ilk 9 ayında bankın cəmi öhdəlikləri 393,170 mln. manat olub. Onun 272,122 mln. manatını müştəri depozitləri, 20,000 mln. manatını Mərkəzi Bankdan alınmış kreditlər, 48,466 mln. manatını isə bankların və maliyyə institutlarının depozit və kreditləri təşkil edir.

Bankın cəmi kapitalı 40,508 mln manat olub. 

Bank of Baku cari rübü 5,849 mln. manat, ilin ilk 9 ayını isə 31,890 mln. manat zərərlə başa vurub.

Ən sərfəli krediti almaq üçün müraciət et