Bank of Baku-dan görmə məhdudiyyəti olan uşaqlara dəstək | Banco.az

Bank of Baku-dan görmə məhdudiyyəti olan uşaqlara dəstək

Fevralın 24-ü  2016-cı il tarixində Bank of Baku növbəti KSM layihəsi çərçivəsində, bu dəfə isə görmə məhdudiyyəti olan uşaqları və onlara dərs deyən müəllimləri sevindirdi. Belə ki, görmə məhdudiyyəti olan uşaqlara Brayl əlifbasını daha asan, interaktiv və əyləncəli üsulla öyrənməyə kömək edəcə “Braille Tech” cihazı Azərbaycan Respublikası

Təhsil Nazirliyinin “Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 5 nömrəli xüsusi internat məktəbi”nin kollektivinə hədiyyə edildi. Cihaz Bank of Bakunun maliyyə dəstəyi ilə hazırlanmışdır.

Təqdimetmə mərasimində məktəbin  direktoru İradə Vəzirova açılış nitqi ilə çıxış edərək bildirdi ki, interaktiv qurğu ilə bir aylıq sınaq müddətindən sonra, kollektivin qurğunu təkmilləşdirmək yönündə verdiyi təkliflər nəzərə alınmış və qurğu əsasən məktəbə qədər təhsil və ibtidai siniflərdə istifadə üçün məqsədəuyğun hesab olunmuşdur.

Brayl Tech – görmə əngəlli uşaqlara  həm Brayl əlifbasını, həm də xarici dilləri öyrənməyə kömək edə bilər, hazırda cihaz dörd dildə - azərbaycan, rus, alman və ingilis dilində çalışır, gələcək üçün, italyan, ispan və fransız dillərinin də bu siyahıya əlavə olunması planlaşdırılır. Cihaz “Bionix Tech” şirkətinin təsisçisi və icraçı direktoru Rəşid Əliyev  tərəfindən ixtira olunub.

Ən sərfəli kredit üçün müraciət et

Tədbirdə çıxış edən Bank of Bakunun Reklam və İctimaiyyətlə departamentinin Direktoru Nigar Tahirova bildirib ki, belə bir layihənin gerçəkləşməsində iştirak etdikləri üçün həm sevincli, həm də qürurludurlar və bundan sonra da Bank korporativ layihələri ilə cəmiyyətimizə faydalı olmağa davam edəcək. 

 

Ən sərfəli krediti almaq üçün müraciət et