“Bank of Baku”-da kadr dəyişikliyi baş verib | Banco.az

“Bank of Baku”-da kadr dəyişikliyi baş verib

“Bank of Baku”nun sahə direktoru işdən çıxıb  - məqaləsində xəbər verdiyimiz kimi,  bankın sahə direktorlarından biri vəzifəsindən ayrılıb. Bu, Ramil Nəsibovdur. 

Onun yerinə Bankın "Partnyorlarla İş və Alternativ Satışlar Departamenti"nin Direktoru, "Məhsulların Yaradılması Komitəsi"nin sədri Anar Abbasov təyin edilib. 

 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq kı,  Anar Abbasova bundan əvvəl daha bir vəzifə verilmişdir.

Belə ki, Bankın "Partnyorlarla İş və Alternativ Satışlar Departamenti"nin Direktoru, "Məhsulların Yaradılması Komitəsi"nin sədri olan Anar Abbasov yeni bir vəzifəyə təyinat alıb.  Bank sektorunda çoxsaylı yenilikləri, innovativ layihələri yaradıcısı kimi tanınan Anar Abbasov əsas iş yeri olan Bank of Baku-da fəaliyyətini davam etdirməklə yanaşı, Gürcüstanda fəaliyyət göstərən Prime Insurance sığorta şirkətinin Müşahidə Şurasının sədr müavini vəzifəsinə təyin olunub. Prime Insruance şirkəti Gürcüstan bazarında fəaliyyət göstərən aparıcı sığorta şirkətlərindən biridir. 

Ən sərfəli krediti almaq üçün müraciət et