Bank ixtisarlara başladı | Banco.az

Bank ixtisarlara başladı

Avropanın ən böyük bankı HSBC xərclərini azaltmaq və biznesi sadələşdirmək məqsədilə ixtisarlara başlayır.

B
ankın dünya üzrə 25000 iş yerini ixtisar edəcəyi gözlənilir. Bu isə HSBC-nin 266000 işçisindən təxminən 10 faizinin iş yerini itirəcəyi deməkdir.

Bankın həmçinin Britaniyadakı əməliyyatlarını “təcrid edəcəyi”, Türkiyə və Braziliyadakı bizneslərini satacağı bildirilir.

Xəbər, bankın icraçı direktoru Stuart Gulliverin investorlar və analitiklər qarşısında edəcəyi təqdimatdan əvvəl gəlib. Analitiklər hesab edir ki, iş yerlərinin ixtisarı heç də düzgün həll yolu deyil.

10 bənddən ibarət plan, xərcləri 5 milyard dollara qədər azaltmaq və Asiyada, xüsusilə də Çində investisiyaları artırmaq məqsədini daşıyır.

Ən sərfəli kredit üçün müraciət et

anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et