“Bank BTB” VİSA premium kart sahiblərinə xüsusi imtiyazlar təklif edir! | Banco.az

“Bank BTB” VİSA premium kart sahiblərinə xüsusi imtiyazlar təklif edir!

“Bank BTB” nağdsız ödənişlərə üstünlük verən müştərilərə VİSA ödəniş kartlarının xüsusi imtiyazlarından faydalanmaq imkanı verir.

Bankın “VİSA Platinum” və “VİSA Gold” kart sahibləri müxtəlif alış-veriş mərkəzlərində brend məhsullara 10%-15%-lik endirim fürsətlərindən yararlana bilərlər. 2018-ci ilin sonunadək davam edəcək kampaniya haqqında daha ətraflı məlumatı http://www.visapremium.com saytından əldə edə bilərsiniz.

Qeyd edək ki, “Bank BTB” sərfəli qiymətlərlə VİSA beynəlxalq ödəniş sisteminin kartlarını təklif edir. Bank kartları vasitəsilə nağd pul vəsaitlərini daha rahat və təhlükəsiz şəkildə saxlamaq mümkündür. Həmçinin, müştərilər plastik kartlarla dünyanın istənilən nöqtəsində vəsaitlərini nağdlaşdıra, POS-terminal vasitəsilə nağdsız əməliyyatlar, internet üzərindən isə onlayn ödənişlər həyata keçirə bilərlər. Kart əldə etmək istəyən müştərilər “Bank BTB”nin istənilən filial və şöbəsinə müraciət edə bilərlər.

Bank xidmətləri haqqında ətraflı məlumat üçün Məlumat Mərkəzinə (012 946) zəng edə və ya www.btb.az internet ünvanına və ya bankın Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.

Bankirə sual

BANKİRƏ SUAL VER

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç