“Bank BTB” qanvermə aksiyası təşkil edib | Banco.az

“Bank BTB” qanvermə aksiyası təşkil edib

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar təsdiq olunan tədbirlər planı çərçivəsində respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə “Bank BTB”də qanvermə aksiyası təşkil olunub.

“Sən də bir həyat xilas et!” şüarı ilə keçirilən qanvermə aksiyası Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankının işçi heyətinin iştirakı ilə baş tutub. Aksiyada bankın əməkdaşları iştirak edərək talassemiyadan əziyyət çəkən insanlar üçün könüllü donorluq ediblər. Xatırladaq ki, bankda bu tədbir artıq ənənəyə çevrilib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, tədarük olunan qan komponentlərə ayrılaraq Mərkəzi Qan Bankının bazasına yerləşdirilib.

Ən sərfəli krediti almaq üçün müraciət et