“Bank BTB” hüquq xidməti alanlara pulsuz bank kartı hədiyyə edir! | Banco.az

“Bank BTB” hüquq xidməti alanlara pulsuz bank kartı hədiyyə edir!

“Bank BTB” və “Avropa Hüquq Xidməti” yeni kampaniyaya start verib. “Bank BTB”də “Hüquq24” xidmətini əldə edən hər müştəriyə bankdan plastik kart hədiyyə olunacaq. Əldə olunan bank kartları vasitəsilə nağd pul vəsaitlərini daha rahat və təhlükəsiz şəkildə saxlamaq mümkündür. Həmçinin, müştərilər plastik kartlarla dünyanın istənilən nöqtəsində vəsaitlərini nağdlaşdıra, POS-terminal vasitəsilə nağdsız əməliyyatlar, internet üzərindən isə onlayn ödənişlər həyata keçirə bilərlər.

Xatırladaq ki, “Hüquq24” müxtəlif kateqoriyalar üzrə müştərilərinə məhdudiyyətsiz şifahi hüquqi məsləhət,  sənədlərin hüquqi ekspertizası, müqavilələrin hazırlanması üzrə təlimat və bu kimi digər hüquqi xidmətlər təklif edir. “Pensiyaçı”, “Yaşayış”, “Avtosürücü”, “Mənim hüququm”, “Layt+”, “Standard”, “Ailə” və “Biznes” kateqoriyaları üzrə 1 illik hüquqi xidmət tarifi 30 manatdan 125 manatadək dəyişir. “Bank          BTB”dən xidməti əldə edən müştəriyə kateqoriyadan asılı olaraq 1, 2 və ya 3 plastik kart hədiyyə olunur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, müştərilər həm hüquq xidmətlərini, həm də hədiyyə olunan bank kartlarını “Bank BTB”nin istənilən xidmət nöqtəsindən əldə edə bilərlər. Bankın xidmət nöqtələri ilə https://www.btb.az/az/officees linkindən tanış omaq mümkündür.

Bank xidmətləri haqqında ətraflı məlumat üçün Məlumat Mərkəzinə (012 946) zəng edə və ya www.btb.az internet ünvanına və ya bankın Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et