Bank “BTB” - də yeni VAKANSİYA var | Banco.az

Bank “BTB” - də yeni VAKANSİYA var

Bank “BTB” ASC Risklərin idarə edilməsi departamenti/Operativ nəzarət və monitorinq şöbəsi/Operativ nəzarət bölməsinin Aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

İş barədə məlumat:

  • Bank tərəfindən keçirilən bütün əməliyyatlar üzrə nəzarətin həyata keçirilməsi;
  • Struktur bölmələrdə və fiallarda yoxlamaların aparılması, nəzarət sisteminin gücləndirilməsi ilə bağlı təkliflərin verilməsi;
  • Bankda nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlanması və tətbiqi, həmçinin bu istiqamətdə müvafiq hesabat formalarının hazırlanması və buna dair təkliflərin verilməsi;
  • Verilmiş kreditlərin qayda və proseduralara uyğunluğunun yoxlanılması;
  • Nəzarət proseduralarının səmərəliyinin dəyərləndirilməsi ("preventiv" tədbirlər) və faktiki icrasının yoxlanılması ("detektiv" tədbirlər)

Namizədə tələblər:

  • Ali təhsil;
  • Bank sahəsində ən azı 2 il iş təcrübəsi (əməliyyat və kredit sahəsində çalışanlara üstünlük verilir)
  • Dil bilikləri: Azərbaycan dili (mükəmməl), rus və ingilis dilləri (orta səviyyədə);
  • Microsoft Office proqramları üzrə biliklər mükəmməl olması (Excel proqramını  bilmək vacibdir)
  • Bank fəaliyyətinə dair qanunvericiliyi bilmək;
  • Analitik düşüncə;
  • Stresə davamlılıq, müştərilərlə ünsiyyət qurma və komandada işləmək bacarığı;
  • Bankın filiallarına və respublikanın bölgələrinə ezamiyyətə getmək imkanının olması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) 15.03.2019-cu il tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Operativ nəzarət bölməsinin Aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et